Icma.az
close
up
RU
Mustafa Destici: Şuşa Türk Dünyası üçün önəmlidir, görülən işlərlə qürur duyuruq

Mustafa Destici: Şuşa Türk Dünyası üçün önəmlidir, görülən işlərlə qürur duyuruq

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Bu gün Böyük Birlik Partiyasının (BBP) sədri cənab Mustafa Desticinin Azərbaycana səfəri çərçivəsində mətbuat konfransı keçirilib.

Bizimyol.info xəbər verir ki, mə Böyük Birlik Partiyasının (BBP) sədri cənab Mustafa Desticinin Azərbaycana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Türkiyə–Azərbaycan münasibətləri, regional hadisələr və iki ölkə arasındakı əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Böyük Birlik Partiyasının (BBP) sədri cənab Mustafa Destici qeyd edib ki, Azərbaycanda olmaqdan məmnundur və böyük bir heyətlə Yeni Azərbaycn Partiyasının dəvəti ilə Azərbaycana gəlib: “Cənab Turan Tahir Budaqova və digər partiya mənsublarına təşəkkür edirik. Ziyarətimiz Türkiyə Cümhuriyyətinin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün və Azərbaycan Türkiyə Məzunları İctimai Birliyinin rəhbəri ilə görüş keçirməklə başladı. Ziyarətimizin ikinci günü öncə cənab Ramil Həsəni ziyarət etdik. Burada onunla böyük bir görüş keçirdik. Ramil Həsənin TDT-də müxtəlif fəaliyyətləri olub. Daha sonra Tahir Budaqovla Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət etdik. Daha sonra Yeni Azərbaycan partiyasını ziyarət etdik. Tahir Budaqovla bərabər böyük bir görüş keçirdik və Türkiyə Azərbaycan münasibətlərini müzakirə etdik. Milli Məclisin Türkiyə Azərbaycan dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanovla və digər deputatlarla görüşüb, müzakirələr apardıq.

Növbəti gün Şuşaya ziyarət etdik. Əvvəlcə Ağdamı ziyarəti etdik. Düzdür, əvvəlki Ağdam yoxdur, amma yeni Ağdam inşa edilir. Xocalı faciəsinin şəhidlərinin məzarını ziyarət etdik. Xankəndində də səfərdə olduq. Qarabağ Universitetini də ziyarət etdik. Rektor Şahin Bayramovla görüşüb, universitet haqqında müəyyən məlumatlar əldə etdik. Burada tibb, iqtisadiyyat və digər fakültələr qurulacaq.

Daha sonra Şuşaya getdik. Şuşa bütün Türk dünyası üçün önəmlidir. Türkiyə ilə Azərbaycan arasında imzalanan “Şuşa bəyannaməsi” var. Biz bunu dəstəkləyirik.

Böyük Birlik Partiyası olaraq qurulduğumuz ilk gündən Azərbaycan türklərinin yanında olub. Acısını acımız, sevincini sevincimiz olaraq görmüşük”.

Partiya rəhbəri vurğulayıb ki, işğaldan azad edilən Şuşada çox böyük işlər görülüb. Destici bildirib ki, Şuşa keçmiş günlərindən daha möhtəşəm günlərə qovuşacaq. Sədr hazırda görülən işlərdən bir türk övladı olaraq qürur duyduğunu vurğulayıb.

Partiya rəhbəri bildirib ki, Bakıda Heydər Əliyev Mərkəzini və muzeyini ziyarət ediblər.

“Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla görüşümüz nəzərdə tutulub. Bakıya hardasa 10 il əvvəl gəlmişdim. Bakı çox dəyişib. Artıq Bakı bir dünya paytaxtına çevrilib. Bundan qürur duyuruq. İlham Əliyevi və komandasının müvəffəqiyyəti çox böyükdür, biz Bakıda olan dəyişikliklərdən çox böyük qürur duyduq. Azərbaycan hər istiqamətdə böyük bir inkişaf yaşayır. Bu inkişafı Azərbaycana yaşadan liderlərə təşəkkür edirik. Türkiyə ilə Azərbaycanın sarsılmaz münasibətləri var.

Qarşıda 8 noyabr Zəfər günü gəlir. Mən buradan Azərbaycan ordusunun zəfərinin 5-ci ilini təbrik edirəm. Türkiyənin bu zəfərə az da olsa olan qatqısından qürur duyuram. Türkiyə o dövrdə Azərbaycan tərəfindən nə tələb edilibsə, yerinə yetirib. Bunu bir qardaş kimi həyata keçirib.

“Şuşa bəyannaməsi”nə Azərbaycan və Türkiyə böyük sədaqətlə yanaşır, münasibətlər də bu bəyannamə üzərindən davam edir.

TDT-də Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin liderlik etdiyini görürük. Azərbaycan və Türkiyə bu il birlikdə 20-yə yaxın hərbi təlim keçirib. Ortaq əlifbaya keçid məsələsi də gündəmə gətirildi, bu da çox önəmlidir”-deyə Mustafa Dəstici qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Noyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri