Icma.az
close
up
RU
Müstəntiq Arzumun məhkəməsində ifadə verəcək

Müstəntiq Arzumun məhkəməsində ifadə verəcək

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən iclasda ilk olaraq zərərçəkmiş tərəfin müdafiəçisi məhkəməyə vəsatət verib.

Vəsatətdə göstərib ki, təqsirləndirilən şəxs İlduzə Hacıyeva sola dönmə əməliyyatı apararkən xəbərdarlıq işığından istifadə etməyib.

Bu məsələ tərəflər arasında mübahisə yaratdığından hadisənin görüntülərinə yenidən baxış keçirilib.

Məlum olub ki, dönmə işığından istifadə edilib. Daha sonra "Arzum" ləqəbli tiktokerin vəkili Fərid Həsənov məhkəməyə bir neçə vəsatət təqdim edib.

Vəkil məhkəmədən hadisə yerinə baxış zamanı tərtib olunmuş qəza ərazisinin sxeminin sübutlar siyahısından çıxarılmasını xahiş edib. Eyni zamanda, hadisə ilə bağlı avtotexniki, trasaloji ekspertiza rəylərini verən ekspertlərin və işi aparan müstəntiqin məhkəmə prosesinə çağırılaraq ifadə vermələrinə dair vəsatətlə çıxış edib.

Dövlət ittihamçısı Nərmin Tahirzadə vəsatətlərə münasibət bildirərək, ekspertlərin məhkəməyə çağırılmamasını, lakin ibtidai istintaqı aparan müstəntiqin ifadə üçün dəvət olunmasını məqsədəuyğun hesab edib.

Məhkəmə qısa müşavirədən sonra ekspertlərin ifadə verməsi ilə vəsatətləri təmin etməyib, müstəntiqin məhkəməyə çağırılaraq dindirilməsinə dair vəsatəti isə təmin edib.

Prosesdə mərhumun anası - zərərçəkmiş şəxsin hüquqi varisinin səhhətində problem olduğu üçün hüquqi varisliyin qızına verilməsi məsələsinə toxunulub. Bildirilib ki, etibarnamə veriləndən sonra onun hüquqi varisliyi təmin ediləcək.

Məhkəmənin növbəti iclası iyunun 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

Xatırladaq ki, istintaq zamanı blogerin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 İyun 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri