Icma.az
close
up
RU
Arzumun vəsatəti təmin edilmədi

Arzumun vəsatəti təmin edilmədi

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti prosesi keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə cinayət işinin ibtidai istintaqını aparan Xəzər rayon Polis İdarəsinin baş müstəntiqi ifadə verib. Hadisə baş verəndən bir müddət sonra müstəntiqin hadisə yerinə gəlməsi və hadisə yerinin vəziyyəti ilə bağlı protokollarda aparılan qeydlər zamanı yaranmış anlaşılmazlıqlara müstəntiq aydınlıq gətirib.

Təqsirləndirilənin vəkilləri isə öz növbəsində ibtidai istintaq zamanı hadisə yerinin sxeminin tərtibi və bəzi müayinələr zamanı müəyyən problemlərin olduğunu deyiblər.

Təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev ibtidai istintaqın yenidən aparılması ilə bağlı vəsatət təqdim etsə də məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra protokollara əlavə edilmiş hal şahidlərininin ifadələri ilə baglı təqsirləndirilənin digər vəkili Fərid Həsənov vəsatət verərək, qəza baş verən zaman hal şahidlərinin həqiqətən də hadisə yerində olub olmadıqlarını müəyyənləşdirmək üçün anten dairələrinin müəyyənləşdirilməsini istəyib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib. 

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb. 

Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. 

"Arzum" ləqəbli tiktokerə qarşıCinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 İyun 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri