Icma.az
close
up
RU
Müstəqil Azərbaycanın inkişaf konsepsiyasında enerji strategiyası müstəsna yer tutur

Müstəqil Azərbaycanın inkişaf konsepsiyasında enerji strategiyası müstəsna yer tutur

Icma.az, 525.az saytına istinadən bildirir.

“Müstəqil Azərbaycanın inkişaf konsepsiyasında enerji strategiyası müstəsna yer tutur. Dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Bu gün cənab Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz bu istiqamətdə möhtəşəm nailiyyətlər əldə etməkdədir”.

Bu fikirləri 525.az-a  Milli Məclisin Təbii ehtiyatlar, energetika və e kologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.

Deputat bildirib ki, iyunun 24-də Mingəçevir şəhərində dövlətimizin başçısı tərəfindən “8 Noyabr” Elektrik Stansiyasının açılışı da ölkəmizin enerji siyasətinin davamlı uğurlarının növbəti nümunəsidir. Bu stansiyanın istifadəyə verilməsi ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək.

Millət vəkilinin sözlərinə görə, “8 Noyabr” Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “Azərbaycan” İstilik Elektrik Stansiyasının 500 və 330 kV-luq yarımstansiyaları tam yenidən qurulub. Əlavə olaraq 65,6 kilometr uzunluğunda “Mingəçevir-Samux” ötürmə xətti inşa edilib və “Samux” yarımstansiyasında yenidənqurma işləri aparılıb. O cümlədən stansiyada yanğından mühafizə, havalandırma, rəqəmsal idarəetmə, monitorinq və digər zəruri infrastruktur yaradılıb. Adətən, bu cür böyük stansiyaların tikintisi 3-5 ilə icra edildiyi halda, Azərbaycan bunu 2 il ərzində həyata keçirə bildi. Dünyanın bir çox ölkələrindəki bənzər layihələrə xərclənən vəsaitlə müqayisədə bu stansiyanın inşasına kifayət qədər az vəsait sərf olunub.

Fatma Yıldırım qeyd edib ki, bu hadisə ölkəmizin güclü enerji potensialını nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir: “Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hamımız görürük. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Daha dəqiq desək, bu gün güclü Azərvaycan dövləti Avropanın enerji xəritəsini dəyişməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb. Avropa İttifaqının qaz və neft idxalından kritik asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan elektrik enerjisi ixrac etmək potensialına sahibdir. Şübhəsiz ki, bu yöndə görülən işlər tezliklə öz nəticəsini verəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 26 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri