Icma.az
close
up
RU
Müstəqilliyin və dincliyin keşiyində

Müstəqilliyin və dincliyin keşiyində

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Qədim latın dilində ifadə olunmuş bir müdrik fikir həqiqət yükünü günümüzədək saxlayıb: “Gecənin qaranlığında belə, öz vəzifəsini unutmayan polis xalqın sükut içindəki qəhrəmanıdır”. Bu gün də cəmiyyət polisin belə fədakar fəliyyəti ilə hər cür cinayətkarlıqdan qorunur, əmin-amanlıq içində yaşayır.

Cinayətkarlıqla mübarizə dedikdə, ilk növbədə, 4 – 5 polis əməkdaşının çalışdığı kiçik qrup və məhdud ərazi göz önünə gəlir. Bu, xidmətin başlanğıcında ümumi maraq naminə həyata keçirilən bir vəzifədir. Çağdaş dünyada cəmiyyətin gücü onun öz polisinə necə münasibət göstərməsində və polisin isə xalqa necə xidmət etməsində təcəssümünü tapır. Polisin ümumi vəzifə funksiyalarına diqqət etdikdə onunla bağlı bilmədiyim çox məsələ bəlli olur.

İlk olaraq, polis ictimai təhlükəsizliyi təmin edir: Yəni polis əməkdaşı xidmət etdiyi ərazidə cinayətlərin qarşısını alır və ictimai qaydanın qorunması məqsədilə patrul xidmətini həyata keçirir. O,  şübhəli davranışlı şəxsləri nəzarətdə saxlayır, baş vermiş hadisələrə çevik reaksiya verir, vətəndaşlardan daxil olan məlumatları fiksə edir. Polis təxirə salınmadan hadisə yerinə gedir və ərazinin mühafizəsini təşkil edir. O, şəraiti dəyərləndirir, situasiyanın tənzimlənməsi və təhlükəsizliyin təmin olunması üçün “isti izlərlə” tədbirlər görür.

Təhqiqat və istintaqın həyata keçirilməsində iştirak edir: Bu zaman polis əməkdaşı ilkin istintaqın aparılması ilə bağlı verilən əməliyyat tapşırıqlarını icra edir, sübutlar toplayır, şahidlərin izahatlarını alır, zərurət yarandıqda cinayətlərin vəziyyətini öyrənmək üçün digər hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır.

Vətəndaşlara məsləhətlər verir və kömək göstərir: Bu mərhələdə polis əməkdaşları vətəndaşlara müvafiq məsləhətlər verir, çıxılmaz vəziyyətdə olanlara yardım edir, bəzən ilk tibbi yardım da göstərir, təhlükəsizliyin təmini məqsədilə informasiyanı bölüşür, cinayətlərin proflikatikası barədə metodik tövsiyələr verir, qanunlar və qaydalar haqqında ictimaiyyəti maarifləndirir.

Qeyd olunan vəzifə funksiyalarını Daxili İşlər Nazirliyinin baş idarə, idarə, şöbə və bölmələrində xidmət aparan çoxminli şəxsi heyəti həyata keçirir. Öz növbəsində, Azərbaycan polisi yol hərəkətinin təhlükəsizliyini təmin və ictimai qaydanın mühafizəsini təşkil edir, ekstremizmə, dini radikalizmə qarşı tədbirlər görür, miqrasiya qeydiyyatını aparır. Polis mütəşəkkil cinayətkarlığa, XXI əsrin köləliyinə-insan alverinə qarşı da mübarizə aparır, kiber sahəsində təhlükəsizliklə bağlı əməliyyat-axtarış fəaliyyətini həyata keçirir. Daxili işlər orqanları məhkəmə və istintaq orqanlarının qanuni tələblərindən yayınanların axtarışını, keçmiş illərdən bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin açılmasını təmin edir.

Cinayətkarlıqla mübarizə sahəsinin genişliyini nəzərə alsaq bu sahə müəyyən şəxsi kefiyyətlər, fiziki hazırlıq, risk şəraitində işləməyə hazır ola biləcək qabiliyyət tələb edir. Ona görə də polis karyerasına aşağıdakı kefiyyət və və bacarıqlara malik insanlar uyğun sayılır:

İlk növbədə, polis əməkdaşının  ictimai ünsiyyət bacarığı olmalıdır. O yüksək münasibət qura bilməli, müxtəlif insanlarla qarşılıqlı əlaqə saxlamalı, münaqişəli situasiyalarda problemi həll etməyi bacarmalıdır. Polisin dinləmək bacarığı, qarşısında olanın hissini, həyəcanını, istəklərini anlamaq qabiliyyəti – empatiyası da olmalıdır.

Daha sonra, polisin fiziki hazırlığı və sağlamlığı olmalıdır. Polis əməkdaşının həmişə fiziki formada olmağı tələb olunur. Dözümlü olmalı, yuxusuzluğa, yorğunluğa tab gətirməsi üçün o, sağlam olmalı, əlbəyaxa döyüşü bilməlidir. Müntəzəm məşqlər, qaçış, dartınmaq, əlləri ilə müxtəlif hərəkətlərə qadir olmalıdır. Polis əməkdaşının sağlam olması çox mühüm şərtdir. Fiziki sağlamlığı, eşitmə və görmənin yaxşı olması, xroniki xəstəliklərdən uzaq olması xidməti üzrə vəzifə funksiyalarının yerinə yetirilməsində başlıca amillərdəndir. O, psixoloji cəhətdən sabit olmalıdır. Polis əməkdaşı ekstremal şəraitlərdə sərbəst qərarları qəbul edə bilməlidir.

Polis xidməti risklə bağlıdır. Bu xidmət sahəsində xəsarətlərin mümkünlüyü, stress halında və emosional vəziyyətdə çalışmaq çox vaxt günün tələbi kimi səslənir. Polis xidmətinin spesfik və özəl cəhətlərindən biri hüquqpozmaların subyektləri və cinayətkarlarla kontaktda (əlaqədə) və münasibətdə olmasıdır. “Arzuolunmaz şəxslərlə” münasibət saxlamaq polisin fəaliyyətində səmərə verəcək şərtlərdəndir.  Daxil olmuş məlumat əsasında baş verəcək cinayətlərin qarşısı alınır, cinayət törədənlərin şəxsiyyəti ətrafında məlumatlar toplanır, axtarışda olanların yeri müəyyənləşir və keçmiş illərdən bağlı qalmış neçə cinayətlərin açlması təmin edilir.

Ötən illərdə Azərbaycan polisi cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və  insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələrini layiqincə yerinə yetirib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyi etibarlı təmin edib. Daxili işlər orqanlarının əməkdaşları Bakının ev sahibliyi etdiyi böyük bir beynəlxalq tədbirlərin- COP29-un yüksək təhlükəsizlik şəraitində keçirilməsi zaman 12 gün üzərinə düşən və qarşıya qoyulan vəzifələri aidiyyəti dövlət qurumları və  vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində əzm və fədakarlıqla  yerinə yetirib.

2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33 min 379 cinayət qeydə alınıb, onlardan 87,6 faizinin açılması təmin edilib. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən il 327 fakt təşkil edib. Cinayətlərin 94,4 faizi və ya 31 min 526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizi açılıb.

Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 min 271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.

Ötən il qrup halında baş verən cinayətlər 23,2, ictimai yerlərdə baş ictimai təhlükəli əməllər 9, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər 8 faiz azalıb. Ümumi cinayətlər 9,4, ağır və xüsusilə ağır cinayətlər 18,9, qeyri-aşkar şəraitdə baş verən cinayətlər 18,1, qəsdən adam öldürmələr 9,6, adam öldürməyə cəhdlər 16,9, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5, xuliqanlıqlar 5 faiz az baş verib.

Prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında da, irəliləyiş var. 630 fakt üzrə təqsirli bilinən şəxslər məsuliyyətə cəlb edilmiş o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələr yerinə yetirilib.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.

Daxili İşlər Nazirliyinin bu ilin əvvəlində keçirilən kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov  yuxarıda qeyd olunmuş istiqamətdə əldə olunmuş  müsbət nəticələri yüksək qiymətləndirib və diqqəti qarşıda duran vəzifələrə çəkib. Bu cinayətlərlə mübarizədə vətəndaşların iştirakı və məlumatları əsasında uğurlu nəticələrlə yadda qalan bir çox əməliyyatların keçirilməsi, möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğu vurğulanıb

Daxili İşlər Nazirliyinin Kollegiyası bu məsələdə cəmiyyətin sağlam düşüncəli hər bir üzvünə güvəndiyi, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən blogerlərdən daha böyük gözləntilərinin olduğu diqqətə çatdırılıb. Cinayətkarlıqla mübarizədə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsin, o cümlədən ictimai fəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və media mənsublarının fəaliyyəti təqdir edilərək hər kəsə təşəkkür edilib.

Keçən il 6 min 55, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan olan 4 min 468 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Eyni zamanda nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.

Polisin fəaliyyətində çoxlu sayda hesabatlar, protokollar və sənədlər vətəndaşlara, dövlət və digər orqanlara cavablar hazırlanır. Qaynar xəttə daxil olan zənglərə cavab verib, onu icraya yönəltmək, ərazidə əhali ilə profilaktik və maarifləndirmə xarakterli söhbətlər aparmaq, tövsiyələr vermək obyektiv bürokratiya ilə bağlı olduğundan hər birinin prosesual tələblər daxilində vaxtında həll olunması lazım gəlir. Bunun isə zamana ehtiyacı var.

Polis daha gərgin və sıx qrafikdə işləyir. Ölkə demək olar ki, dayanıqlı təmin edilən sabitliyə görə polisə təşəkkür edir. Bu, vətəndaş məmnunluğunun təcəssümü olaraq aydın görünür. Sosial şəbəkələrdə bəzən vətəndaşlara qarşı “həddini aşma” və “qanunsuz saxlanılmasına” dair əsassız rəylər də paylaşılır, “Polis” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında polis əməkdaşlarının, nə vaxt güc tətbiq etməsi  və “həbs etmək”, müstəsna hallarda, hətta odlu silahın tətbiqi barədə insan və vətəndaş hüquq və azadlıqları üçün həssas məqam sayılan məlumatlar imperativliyi ilə diqqət çəkir.

Ümumilikdə, polis bütün hallarda hərəkətləri və davranışları ilə ərazi üzrə əhalinin məmnunluğunu qazanır. Polisə aid standartlar polisin imicinin möhkəmləndirilməsinə, vətəndaşların polisə etibarını və etimadın yüksəldilməsinə xidmət edir.

Şəmsəddin ƏLİYEV,
“Polisə Dəstək” İB-nin sədri, Qarabağ müharibəsinin veteran komandiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see311

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see212

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see177

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see143

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see130

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see130

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see129

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see126

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see126

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see126

30 ildir dondurulmuş

15 Avqust 2025 15:21see124

Bakı, Qubadlı və İmişlidə ağaclar qanunsuz kəsilib

15 Avqust 2025 21:27see123

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see123

Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu, borcu var FOTO

15 Avqust 2025 21:12see121

Bu küçədə aləm bir birinə dəyir: Nişan quraşdırmaq yaddan çıxıb VİDEO

15 Avqust 2025 22:16see121

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see118

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see118

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see118

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see116

İki strateji B 2 bombardmançı təyyarəsi Alyaskaya göndərildi KONKRET

15 Avqust 2025 21:59see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri