Icma.az
close
up
RU
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı Həbs edildi

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda içkili müştərinin 7 manat təşkil edən gediş haqqına görə kartından 700 manatı özünə göndərən taksi sürücüsü həbs edilib.

Tribunainfo.az xəbər verir ki, 1996-cı il təvəllüdlü taksi sürücüsü və “ayıq sürücü” kimi də xidmət göstərən Orxan H. barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, Şakir adlı şəxs Səbail rayonu, “Tarqovı” kimi bilinən ərazidə yerləşən restoranların birində spirtli içkidən istifadə edib. Evinə getmək üçün təxminən saat 05:15 radələrində 7 manata taksi fəaliyyəti ilə məşğul olan Orxan H.-nın avtomobilinə əyləşib.

Təqsirləndirilən şəxs müştərini “Tarqovı”dan yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsinə aparıb. Zərərçəkmiş şəxs üzərində nağd pul olmadığı üçün mobil telefondakı tətbiq vasitəsilə kartdan karta köçürməklə ödəniş etmək istəyib. Spirtli içkinin təsiri altında olduğu və gözü yaxşı görmədiyi üçün telefonunu taksi sürücüsünə verib və bank tətbiqindən öz kartına 7 manat ödəniş etməsini xahiş edib. Sonra isə ödəniş əməliyyatına baxmadan həmin şəxslə sağollaşaraq mənzilə qalxıb.

Bir gün sonra əməliyyat tarixçəsinə baxarkən kartdan başqa bir karta 700 manat pul köçürüldüyünü aşkar edib. Məlum olub ki, özünü Orxan kimi təqdim edən taksi sürücüsü 7 manat əvəzinə 700 manatı başqa bir kart hesabına köçürüb. Bu əməliyyat zamanı 7 manat komissiya haqqı da çıxılıb. O, Orxanla əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etsə də, sonuncu pulu xərclədiyini bildirərək bundan imtina edib.

Şakir polisə şikayət edib və sürücü saxlanılıb. Məhkəmənin qərarı ilə, Orxan H.ya 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qaynarinfo

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Aprel 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri