Icma.az
close
up
RU
Müştərinin 34 min manatını oğurlayan sürücü azadlığa buraxıldı

Müştərinin 34 min manatını oğurlayan sürücü azadlığa buraxıldı

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Zahid Əmirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, sonuncu prosesdə qərar elan edilib.

Apellyasiya şikayəti təmin edilməyib, Xəzər Rayon Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz olunub.  Zahid Əmirov məhkəmə zalından azadlığa buraxılıb. Elektronika məhsulları

İttihama əsasən, hadisə 2025-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində baş verib.

Zahid Əmirov icarəyə götürdüyü “Ford Fusion” markalı avtomobillə aeroporta gəlib. O, avtomobili Terminal 1 giriş-çıxış zonasının qarşısındakı avtodayanacaqda saxlayaraq müştəri axtarmağa başlayıb.

Bu zaman bir qədər əvvəl İstanbul-Bakı aviareysi ilə Bakıya gələn zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) sifariş etdiyi taksi avtomobilini həmin avtodayanacaqda gözləyib.

Zərərçəkmiş şəxs əl çantasından içərisində pul olan sellofan paketi çıxararaq yerə qoyub. Daha sonra həmin paketi götürməyi unudub və ərazidən uzaqlaşıb. Bir müddət sonra Zahid Əmirov avtodayanacaqda avtomobil yolunun kənarında yerdə sellofan paketi aşkar edib. O, paketi gizli şəkildə götürərək içərisinə baxıb. Bu zaman sellofan paketdə pul olduğunu görüb.

İttihama görə, Zahid Əmirov pulların başqa şəxsə məxsus olduğunu dərk edib. Buna baxmayaraq, həmin vəsait barədə dərhal hüquq-mühafizə və ya digər dövlət orqanlarına məlumat vermək, yaxud pulun sahibinə qaytarılması üçün hər hansı tədbir görmək əvəzinə, onu mənimsəmək qərarına gəlib. O, sellofan paketdəki pulları gödəkçəsinin cibinə qoyaraq özü ilə aparıb.

Paketdə 20 000 ABŞ dolları olub. Mərkəzi Bankın qeyd olunan tarix üçün müəyyən etdiyi məzənnə ilə həmin pul vəsaitinin dəyəri 34 000 manat təşkil edib.

Beləliklə, Zahid Əmirov özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 34 000 manat məbləğində, xeyli miqdarda ziyan vurub.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Zahid Əmirov özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli şəkildə talayaraq oğurluq etməkdə təqsirli bilinib. Ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Noyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri