MÜTDA rəsmisi özəl bağçalara dair müsabiqəyə aydınlıq gətirdi
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Özəl bağçaların maliyyələşmə müsabiqəsinə yalnız lisenziyası olan bağçalar müraciət edə bilər.
"Yeni Sabah" xəbər verir ki, bunu MÜTDA-nın direktor müavini Vəfa Yaqublu bildirib.
O deyib: “Hazırda sistemimizdə 170 özəl müəssisə qeydiyyatdadır. 2026-cı ildə daha 10 yeni müəssisə qeydiyyatdan keçib, lakin onlar hələ sistemə tam inteqrasiya olunmayıb. Yəni ümumilikdə söhbət təxminən 180 müəssisədən gedir”. Sezar pizza
V.Yaqublu bildirib ki, qaliblər müəyyən olunduqdan sonra Elm və Təhsil Nazirliyinin elektron informasiya resurslarında onların siyahısı dərc ediləcək və valideynlər özlərinə uyğun müəssisəni seçə biləcəklər:
"Bu maliyyələşmə modelində təhsil haqqının 70 faizi dövlət büdcəsi hesabına ödənilir. Dövlətin ödədiyi məbləğ Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə müəyyən edilir. Qalan hissə valideyn tərəfindən ödənilir. Qiymətləndirmə meyarlarında 100 baldan 50 balı müəssisənin maliyyə səmərəliliyinə ayrılıb. Bu zaman qiymətləndiriləcək ki, özəl müəssisə standart xidmətləri hansı qiymətlə təklif edir. Buna görə də daha yüksək təhsil haqqı müəyyən edən müəssisələrin qalib olmaq şansı nisbətən aşağı olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 05 Avqust 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















