Icma.az
close
up
RU
Mütəxəssis: Şəxsi məlumatların qorunması həyati əhəmiyyət daşıyır

Mütəxəssis: Şəxsi məlumatların qorunması həyati əhəmiyyət daşıyır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, “darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.

Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirib, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.

Nihad Hacıyev, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların (“İrşad Electronics”, “Baku Electronics”, “Xalq Bank” və s.) rəsmi internet səhifələrinə bənzər “domen”lər əldə edib saxta saytlar yaradaraq, onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.

Diqqət çəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri, həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən “Call Spoofing” kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta sms-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.

Məhkəmə Nihad Hacıyevin barəsində həbs müddətini ilkin olaraq 3 ay müddətinə müəyyən edib.


İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, kibercinayətkar dəstənin ifşa olunması bir daha göstərdi ki, rəqəmsal dövrdə şəxsi məlumatların qorunması həm fərdi istifadəçilər, həm də dövlət strukturları üçün həyati əhəmiyyət daşıyır:


“İstifadəçilər ilk növbədə öz şəxsi məlumatlarını sosial şəbəkələrdə və qeyri-rəsmi saytlarda paylaşarkən diqqətli olmalıdırlar. Məlumatların qorunması üçün güclü və unikal şifrələrdən istifadə edilməli, iki faktorlu identifikasiya (2FA) aktiv edilməli, şübhəli linklər və tanımadıqları şəxslərdən gələn mesajlara qarşı ehtiyatlı yanaşılmalıdır. Ən sadə qayda isə kart məlumatları, şəxsiyyət vəsiqəsi detalları və ya doğrulama kodları heç vaxt paylaşılmamalıdır. Qanunvericilik baxımından isə Azərbaycanda “Şəxsi məlumatlar haqqında” qanun, “Kibertəhlükəsizlik haqqında” konsepsiya sənədləri və aidiyyəti normativ aktlarla bu məsələlər tənzimlənir. Lakin texnologiyanın sürətli inkişafını nəzərə alaraq, bu qanunvericilik çərçivələrinin mütəmadi yenilənməsi və süni intellekt kimi yeni texnologiyaları da əhatə etməsi vacibdir. 

Dövlət qurumlarının informasiya təhlükəsizliyi ilə bağlı atdığı addımlar təqdirəlayiq olsa da, bəzi hallarda texniki avadanlıqların və insan resurslarının yenilənməsinə ehtiyac var. İnformasiya sistemlərinin təhlükəsizliyi yalnız texnologiyadan deyil, həm də onu idarə edən peşəkar kadrlardan asılıdır. Bu baxımdan davamlı təlimlər, müasir təhlükəsizlik protokollarının tətbiqi gələcək üçün mühüm addımlardır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 İyul 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see265

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see220

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see202

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see176

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see171

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see162

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see150

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see142

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see135

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see134

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see134

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see130

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see129

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see126

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see125

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see125

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see125

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri