Icma.az
close
up
RU
Müxalifət Bakıda bu tarixi gözləyir “Həmin gün fürsətdir...”

Müxalifət Bakıda bu tarixi gözləyir “Həmin gün fürsətdir...”

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əvvəllər Azərbaycanda ictimai-siyasi şəxslər bu və ya digər səbəbdən həbs edildikdə müxalifət partiyaları toplaşaraq iclaslar keçirir, müzakirələr aparırdılar. Həbsdəki şəxsin hüquqlarını müdafiə komitəsi yaradılır, mətbuat konfransı, aksiyalar və s. tədbirlər keçirilirdi. Lakin son vaxtlar analoji hal təkrarlanmır. 

Bunun səbəbi nədir? 

Tural Abbaslı

Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı isə məsələyə belə münasibət bildirib:

“Əvvəllər siyasi situasiya, yanaşma başqa idi. QHT, partiya, media münasibətləri fərqli formalaşmışdı. İnsanlar bəzi sahələrdə daha məlumatsız , bəzilərində isə əksinə idi. Görünür, bir çox partiyalar öz proqramı, xətti üzrə hərəkət edir. Bundan kənar baş verən hadisələr naminə bir araya gəlmək marağında deyillər. Bu həm də partiyaların bir-birindən çox ayrı düşməsindən irəli gəlir.

Burada partiyaların və ya hüquq müdafiəçilərinin bağlı olduqları, əməkdaşlıq etdikləri təşkilatların maraqları da əsas götürülür. AĞ Partiya olaraq bir çox hallarda siyasi məhbus hesab etdiyimiz hər kəsin müdafiəsində aktiv iştirak edirdik. Müdafiə komitələri yaradıb, bəyanatlar verirdik. Lakin son zamanlar vəziyyət o qədər qarışıq olub ki, artıq kimin haqlı, kimin haqsız olduğu bilinmir. Çünki tanıdığımız insanlar barədə elə sübutlar göstərilir ki, onların qanunazidd əməllərinin olduğu ortaya çıxır. Bu da müdafiə məsələlərinə mane olur. Ona görə də hər həbs olunana reaksiya verə bilmirik. Ədalətli məhkəmənin, ədalətli istintaq prosesinin olmasının tərəfdarıyıq. Tələskən reaksiya vermirik”.

Arif Hacılı

Müsavat Partiyasının Məclisinin sədri Arif Hacılı deyib ki, siyasi məhbusları müdafiə işi əvvəlki illərə nisbətən indi zəif təşkil olunur:

“Belə toplantıların tamamilə olmadığını iddia etmək də düzgün deyil. Yaxın vaxtlarda Müsavat Partiyasının qərargahında siyasi məhbus ailələrinin iştirakı ilə mətbuat konfransı, bu mövzuya həsr olunmuş toplantı keçirildi. Burada hüquq müdafiə təşkilatlarının nümayəndələri, jurnalistlər, siyasi məhbusların ailələri iştirak edirdilər. Təbii ki, bu yetərli deyil. Siyasi məhbusların daha ciddi müdafiəsinə ehtiyac var. Prosesin bu şəkildə getməsinin səbəblərindən biri də cəmiyyətdə hər hansı hərəkətliliyə hakimiyyət tərəfindən icazə verilməməsi və ən sadə siyasi addımların hakimiyyət tərəfindən ciddi şəkildə təqib olunması, belə toplantıların və müdafiə işinin təşkilində xeyli problemlərin olmasıdır”.

Arif Hacılı hakimiyyətə təklif verib:

“31 dekabr siyasi məhbusların və həbsxanada olan bir çox şəxslərin azadlığa buraxılması üçün ciddi fürsətlərdən biridir. Çünki həmin gün yalnız yeni təqvim ilinin gəlişi ilə əlamətdar deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Hakimiyyət əfv fərmanı imzalaya, amnistiya qəbul edə bilər”.

Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, belə tədbirlər əvvəllər təşkil olunurdu:

“İndi belə məsələlərlə bağlı yığışmırıq. Müxalifət arasında da müəyyən problemlər var. Həm də belə iclasların heç bir əhəmiyyəti yoxdur. Bununla ictimai-siyasi mühitə təsir etmək mümkün deyil. Müxalifət nailiyyətsizlik sindromu yaşayıb. Apardığı mübarizə nəticəsində sonda heç nəyə nail olmayıb. Ona görə də belə addımların heç bir mənası qalmır. Bizim apardığımız mübarizə faktiki olaraq demokratik mübarizədir. Amma Azərbaycanda onun şərtlərinin heç biri yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri