Icma.az
close
up
RU
Müxalifət olmaq heç vaxt dövlətə, millətə qarşı yönəlmiş fəaliyyətlərə haqq qazandırmır

Müxalifət olmaq heç vaxt dövlətə, millətə qarşı yönəlmiş fəaliyyətlərə haqq qazandırmır

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Siyasi nəzəriyyəyə görə, müxalifət olmaq heç vaxt dövlətə qarşı yönəlmiş fəaliyyətləri haqq qazandırmır. Müxalif düşüncə başqa dövlətlərlə gizli əməkdaşlıq etmək, öz ölkəsinin maraqlarını zərbə altına qoymaq, dövlət institutlarını məqsədli şəkildə gözdən salmaq hüququ vermir. Cəmiyyətə nifrət, qarşıdurma və düşmənçilik toxumu səpmək isə ümumiyyətlə siyasi fəaliyyət deyil, destruktiv davranışdır. Çünki müxalifətçilik ölkəyə qarşı fəaliyyət yox, cəmiyyətin inkişafına yönəlmiş sağlam rəqabət mədəniyyəti deməkdir. Siyasi mübarizə hüquqdur, amma Konstitusiya quruluşunu zorla dəyişməyə cəhd cinayətdir; fikir müxtəlifliyi zərurətdir, amma xəyanət heç vaxt siyasətin tərkib hissəsi ola bilməz. Xalq Cəbhəsi tipli qurumlar geosiyasi oyunların alətinə çevrildi. Bu qurumların “demokratik keçid” adı altında əslində xaos yaradan layihələrdə iştirakı onların xarici siyasi dairələrlə əlaqələrinin təsadüfi deyil, sistemli xarakter daşıdığını aydın göstərdi. Məhz buna görə də Əli Kərimlinin rəhbərlik etdiyi AXC-nin illərdir müəyyən şimal mərkəzləri ilə əlaqələri barədə yayılan məlumatlar postsovet regionunun ümumi siyasi davranış qaydalarına tam uyğun gəlir. 2013-cü ildə “Milyarderlər İttifaqı” və “Milli Şura” kimi təşəbbüslərin birdən-birə aktivləşdirilməsi də həmin şəbəkələrin 5-ci kolon ilə koordinasiyasının növbəti əlaməti kimi qəbul oluna bilər.
Son illər Azərbaycanın siyasi sistemi sabit, normativ çərçivəyə keçib. “Siyasi partiyalar haqqında” yeni qanun həm siyasi aktorların məsuliyyət bölgüsünü dəqiqləşdirib, həm də siyasi davranış mədəniyyətinin konturlarını müəyyən edib. Bu şəraitdə, 44 günlük Vətən müharibəsi kimi tarixi bir mərhələdən sonra belə, AXC-nin yenidən qeydiyyata alınması əslində həmin təşkilata verilmiş son geniş imkan kimi dəyərləndirilir. Bu gün yaranmış mənzərə isə göstərir ki, həmin imkanların necə istifadə edilməsi ilə bağlı ciddi suallar ortaya çıxıb və fəaliyyəti hüquqi çərçivədə yenidən qiymətləndirmək zərurəti doğub.

Müharibədən sonra ölkədə möhkəmlənən milli birlik fonunda bəzi siyasi qrupların qələbənin mahiyyətini aşağılayan ritorikaya əl atması cəmiyyətdə süni narazılıq yaratmağa hesablanmış cəhdlər kimi görünür. İnstitutların legitimliyini hədəfə alan bu diskurs, xüsusilə də sosial şəbəkələrdə, müəyyən dairələrin istədikləri xaotik təsəvvürü formalaşdırmağa xidmət edir. Bu proseslərin xaricdən bəslənməsi ehtimalı isə artıq politoloji nəzəriyyələrin deyil, real təhlükəsizlik təhlillərinin mövzusudur. Dövlətin belə hallarda çevik reaksiya verməsi, riskləri vaxtında aşkarlaması və qarşısını alması həm milli təhlükəsizliyimizin, həm də ümumi siyasi sabitliyimizin əsas şərtidir.

Əli Kərimli və digərlərinin şəxsi ambisiyalarını və maddi maraqlarını təmin etmək üçün Azərbaycan dövlətçiliyinə qarşı addımlar atdıqlarını göstərən kifayət qədər faktlar mövcuddur. Son günlər üzə çıxan məlumatlar radikal qrupların vaxtilə yüksək dövlət vəzifəsi daşımış şəxslərlə əməkdaşlıq etdiyini bir daha təsdiqləyir. Belə ki, bu şəxslərin Ramiz Mehdiyevlə işbirliyində olduğu və onun tapşırıqlarını icra etdiyi məlum olub.
Bu gün Azərbaycanın güclü olmasının əsas səbəblərindən biri həm sabit institusional sistemə, həm də ardıcıl, praqmatik və strateji düşüncəyə malik siyasi rəhbərliyə sahib olmasıdır. Prezident İlham Əliyevin apardığı siyasət ölkənin həm daxili idarəetməsini möhkəmləndirib, həm də regional güc balansında Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Güclü liderlik modeli qərarların daha operativ, daha dəqiq və milli maraqlara uyğun şəkildə verilməsini təmin edir. Bu da Azərbaycanın həm təzyiqlərə qarşı dayanıqlığını artırır, həm də regionda söz sahibliyi imkanlarını daha da genişləndirir. Nəticədə Azərbaycan bu gün müasir dövlət modeli, sabit inkişaf xətti və güclü siyasi iradəsi ilə regionun ən etibarlı güc mərkəzlərindən birinə çevrilib.

Pərvin Kərimzadə,
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see251

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see207

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see200

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see191

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see152

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see149

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see144

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see138

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see137

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see132

26 yaşlı etirazçı edamdan son anda belə qurtuldu

15 Yanvar 2026 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri