Bu, bütün millətə, dövlətə və müqəddəs dəyərlərə qarşı hörmətsizlikdir
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəhidlər xiyabanı Azərbaycan xalqı üçün ən müqəddəs məkanlardan biridir. Orada uyuyan igidlər Vətən torpağı uğrunda canlarından keçiblər və bu səbəbdən onların xatirəsi toxunulmazdır. Belə bir yerdə hər hansı təhqiramiz hərəkət etmək, sadəcə bir ailənin övladına qarşı deyil, bütün millətə, dövlətə və müqəddəs dəyərlərə qarşı hörmətsizlikdir.
Əcnəbi vətəndaşların bu cür davranış göstərməsi onların kimliyindən asılı olmayaraq yolverilməzdir. Hər bir insan bilməlidir ki, şəhidin məzarı müqəddəsdir, oraya hörmətsizlik etmək insanlıqla bir araya sığmır. Dövlətin dərhal reaksiya verməsi və qanun çərçivəsində ölçü götürməsi tamamilə doğrudur. Əgər belə hallara qarşı sərt mövqe göstərilməsə, bu, gələcəkdə başqa şəxslərin də eyni hörmətsizliyi etməsinə yol aça bilər.
İslam dini də ölülərə və qəbiristanlığa hörməti vacib sayır. Peyğəmbərimiz (s) buyurub: “Qəbir ziyarəti edin, çünki o sizə axirəti xatırladır.” Bu baxımdan şəhidlərin məzarını təhqir etmək həm dini baxımdan günah, həm də milli baxımdan xəyanət xarakterli bir davranışdır.
Şəhidlərin ruhu daim uca tutulmalıdır. Onların qanı bahasına bu gün biz azad və müstəqil yaşayırıq. Ona görə də xalqımızın hər bir nümayəndəsi, istər yerli, istərsə də əcnəbi, bilməlidir ki, şəhidlərimizin müqəddəs xatirəsinə qarşı hər cür hörmətsizlik qanun qarşısında cavabsız qalmayacaq.
Əkrəm Həsənov
Bu mövzuda digər xəbərlər:Müxalifət olmaq heç vaxt dövlətə, millətə qarşı yönəlmiş fəaliyyətlərə haqq qazandırmır
02 Dekabr 2025 16:27
Azadlığın dövlətə və millətə heç bir faydası yoxdur Aqşin Yenisey
25 Dekabr 2024 10:23
Dövlətə sədaqətlə xidmət etmək müqəddəs öhdəlikdir
23 İyun 2025 09:22
Bu millətə bağlıyam Rafael Fiziyev
22 İyun 2025 04:06
Azərbaycanın üzvlüyünün bloklanması... Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlikdir
05 Sentyabr 2025 14:52
Baxış sayı:74
Bu xəbər 18 Avqust 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















