Icma.az
close
up
RU
Muxtar Babayev: İqlim dəyişmələri dünyada şəhər reallıqlarını yenidən formalaşdırır

Muxtar Babayev: İqlim dəyişmələri dünyada şəhər reallıqlarını yenidən formalaşdırır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanın WUF13 tədbirinə ev sahibliyi etməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı inkişafın, iqlim fəaliyyəti və çoxtərəfli əməkdaşlığın təşviqində Azərbaycanın oynadığı aktiv rol ölkənin beynəlxalq səviyyədə nüfuzunu əks etdirir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirə videomesajla müraciətində deyib.

O bildirib ki, Bakıda keçirilən COP29 Azərbaycanın qlobal iqlim əməkdaşlığına və praktik iqlim tədbirlərinə sadiqliyini nümayiş etdirdi. Həmin tədbirin əsas nəticəsi olaraq iqlim maliyyəsi, iqlim dəyişmələrinə uyğunlaşma kimi sahələrdə mühüm nəticələr əldə etməklə yanaşı, artan iqlim böhranları ilə üzləşən şəhərlərdə və icmalarda dayanıqlığın gücləndirilməsinin zəruriliyi də vurğulandı.

"İqlim dəyişmələri dünyada şəhər reallıqlarını yenidən formalaşdırır. Ekstremal hava hadisələri getdikcə daha tez-tez baş verir, intensivləşir və az proqnozlaşdırılan olur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, son onillik qeydə alınmış ən isti, son üç il isə dünyada indiyə qədər müşahidə edilən ən isti illər olub. Şəhərlər getdikcə bu hadisələrin mərkəzində dayanır. İstilik dalğaları, fırtınalar, quraqlıqlar və torpaq sürüşmələri həm infrastruktura zərər vurur, həm də əsas xidmətlərin fəaliyyətinə mənfi təsir edir. Bununla da, dünyada milyonlarla insana təsir göstərir. Heç bir ölkə bu çağırışlara qarşı təkbaşına mübarizə apara bilməz. Heç bir şəhər təkbaşına uyğunlaşa bilməz. Tərəfdaşlıq, elm, texnologiya və beynəlxalq əməkdaşlıq iqlimə davamlı şəhər gələcəyinin formalaşmasında vacib rol oynayacaq. Azərbaycan qlobal səylərə töhfə verməyə, eləcə də dialoq və əməkdaşlığı gücləndirməyə sadiqdir. Ümid edirik ki, bu sessiya daha güclü dialoqa və praktik əməkdaşlığa töhfə verəcək", - deyə Muxtar Babayev qeyd edib.

Müxbir - Göyçək Mahmudlu, Fidan Əlizadə,Vüqar Qurbanoğlu, elgün Niftəli

Fotoqraflar- Elşad Mirzə, Azər İbrahimov

Videooperator - İlham Nadirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri