Hikmət Mirzəyev şəhid övladları ilə görüşüb FOTO
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhid övladları ilə görüş keçirib.
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan hərbçilərin əziz xatirəsi ehtiramla yad edilib.
Şəhid övladlarının qayğı və problemləri dinlənilib, onların sosial vəziyyəti və gündəlik ehtiyacları ilə maraqlanılıb. Bildirilib ki, Vətən uğrunda misilsiz şücaətlər göstərərək şəhid olan döyüşçülərin xatirəsi daim uca tutulur, onların ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunurlar.
H. Mirzəyev şəhid övladlarının fikirlərini dinləyib, onların arzu və istəklərinin Azərbaycan tərəfindən diqqət mərkəzində saxlanılacağını bildirib.
Görüşdə şəhid övladları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd olunub ki, şəhidlərin əziz xatirəsinin yaşadılması, onların ailələrinə dəstəyin göstərilməsi Azərbaycan Ordusunun əsas mənəvi dəyərlərindən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 08 Noyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















