Icma.az
close
up
RU
Muxtar Babayev: Karbon bazarının potensialı 2050 ci ilədək 1 trilyon dollara çata bilər

Muxtar Babayev: Karbon bazarının potensialı 2050 ci ilədək 1 trilyon dollara çata bilər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vyana, 10 iyul, AZƏRTAC

Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev “COP29-dan COP30-a doğru” adlı yüksəksəviyyəli paneldə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Muxtar Babayev hazırkı mürəkkəb geosiyasi dövrü qeyd edərək dünyada müharibələr, enerji böhranı, müxtəlif ölkələrdə seçkilər və enerji bazarlarında proqnozlaşdırılmayan dəyişikliklər fonunda çoxtərəfli əməkdaşlıq və beynəlxalq razılaşmaların təşviqinin son dərəcə vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu baxımdan OPEC Seminarı mühüm nümunədir, burada OPEC, OPEC+ və digər ölkələrdən olan nazirlərin iştirakı ilə ölkələr bir araya gələrək enerji bazarının gələcəyi ilə bağlı mühüm məsələlər üzrə fikir mübadiləsi aparırlar.

Muxtar Babayev çıxışında COP29-da əldə olunan əsas nəticələrdən danışaraq bildirib ki, Qlazqo, Şarm əl-Şeyx və Dubayda keçirilmiş əvvəlki konfransların davamı olaraq, Bakıda mühüm razılıq əldə olunub. Belə ki, inkişaf etmiş ölkələr iqlim maliyyəsi üçün inkişaf etməkdə olan ölkələrə 300 milyard dollar ayırmağı öhdələrinə götürüblər. Bu məbləğ, əvvəlki 100 milyard dollarlıq vədə nisbətən üç dəfə çoxdur.

Digər mühüm nəticə isə karbon bazarının tənzimlənməsi ilə bağlıdır. Paris Sazişinin 6-cı maddəsi çərçivəsində qəbul olunan qaydalar və qeydiyyat prosedurlarının təsdiqi nəticəsində xüsusilə inkişaf etməkdə olan ölkələrdə özəl sektorun bu bazara daxil olması üçün şərait yaradılıb. Muxtar Babayev bildirib ki, bu bazarın indiki tutumu 250 milyard dollar səviyyəsində qiymətləndirilir və 2050-ci ilə qədər bu rəqəmin 1 trilyon dollara çatacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, bu sahəyə əsas sərmayə mənbəyi özəl sektor olacaq.

O əlavə edib ki, karbon bazarının tam işlək olması üçün şəffaflıq mexanizmlərinin tətbiqi də zəruridir. Ölkələr bu layihələrin necə həyata keçirildiyini aydın şəkildə göstərməlidirlər ki, əlavə sərmayələr cəlb oluna bilsin.

Muxtar Babayev həmçinin qeyd edib ki, dünyanın bir çox enerji şirkətləri artıq özləri üçün dekarbonizasiya və xalis sıfır hədəfləri qəbul ediblər. Onların əksəriyyəti yaşıl enerji siyasəti həyata keçirir. O vurğulayıb ki, artıq dünya üzrə hər üç sərmayə dollarından ikisi alternativ enerjiyə yönəldilir. Bu, ölkə və şirkətlərin yaşıl enerjiyə yönəldiyini göstərir və bu prosesin gələcək illərdə daha da intensivləşəcəyi gözlənilir.

Sonda o bildirib ki, son illərdə COP-a ev sahibliyi edən Misir, BƏƏ, Azərbaycan və gələcəkdə Braziliya kimi ölkələrin ortaq xüsusiyyəti onların hər birinin iri neft və qaz istehsalçısı olmasıdır. Lakin bu, onların enerji keçidinə sadiqliyinə mane olmur. Əksinə, bu ölkələr öz regionlarında enerji keçidində liderlik edirlər, bərpa olunan enerji zonaları, enerji dəhlizləri və yaşıl şəbəkə layihələri həyata keçirirlər. Muxtar Babayev bildirib ki, Braziliya da bu baxımdan böyük potensiala malikdir və inklüziv enerji keçidinə töhfə verə bilər.

Aytən Abbaslı,

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbirləri

Vyana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri