Icma.az
close
up
RU
Müxtəlif xidmət sahələri üzrə fəaliyyət göstərənlərin peşə təhsili alması zəruridir ekspert AZƏRTAC

Müxtəlif xidmət sahələri üzrə fəaliyyət göstərənlərin peşə təhsili alması zəruridir ekspert AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan təhsil sistemində peşə təhsilinə artıq xüsusi diqqət ayrılır. Yeni ixtisaslar açılır, yüksək peşə təhsili istiqamətində təhsil alanlara imtahansız ali təhsil alması üçün subbakalavr dərəcəsi verilir. Peşə təhsili əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadr hazırlığı aparılan təhsil pilləsi hesab olunur. Sevindirici hal odur ki, hazırda peşə təhsili almaq üçün hər hansı qəbul imtahanı verməyə ehtiyac yoxdur. Abituriyent orta məktəbi bitirdiyi attestat qiymətlərinin ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) nəticəsinə əsasən peşə təhsili müəssisələrinə müraciət edə bilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, peşə təhsili müəssisələrində müxtəlif sahələr üzrə 50-yə yaxın ixtisaslar mövcuddur: “Cəmiyyətdə təmir xidməti olaraq usta fəaliyyətindən narazı olan vətəndaşlarımız var. İstər nəqliyyat vasitəsini, istər mənzil təmirini həmin peşənin sahibinə əmanət edənlər bir müddət sonra göstərilən xidmətin yararsızlığından, yaxud da aldadıldığından şikayət edirlər. Nəzərə almaq lazımdır ki, hər bir təmir və xidmət sahəsi üzrə hər kəs işinin mütəxəssisi olanları axtarır. Amma hazırda əmək bazarında işinin mütəxəssisi olan peşə xidməti göstərənlər ilə yanaşı fırıldaqçı ustalar da mövcuddur. Qanunvericiliyin tələbinə uyğun olaraq hər bir sahibkar, yaxud da fiziki şəxs kimi fəaliyyət göstərən vətəndaş göstərdiyi xidmət növü üzrə bilik və bacarığı ilə yanaşı, həmin sahəyə uyğun təhsili də olmalıdır. Əgər hər hansı bir texniki sahə və yaxud ustalıq fəaliyyəti üzrə xidmət göstərən vətəndaş həmin peşə sahəsi üzrə təhsil almayıbsa, bu istiqamətdə xidmət göstərməsi qanunsuz hesab olunmalıdır”.

Ekspert hesab edir ki, xidmət göstərənin bilik bacarığı ilə yanaşı, həmin peşəyə aid diplomunun da olması zəruridir: “Hər il peşə təhsili müəssisələrinə qəbul həyata keçirilir. Arzuolunandır ki, həm texniki avadanlıqlar, həm də ev-məişət xidmət sahələri üzrə usta fəaliyyəti göstərənlər həmin peşə ixtisasları üzrə təhsil alsınlar. Bu, həm peşə təhsilinin qəbulunda canlanma əmələ gətirər, həm də xidmət göstərənlər ixtisaslı kadr kimi formalaşar. Beynəlxalq təcrübəyə baxdıqda da xüsusi peşə təhsili sahələri üzrə təhsil almayanlar həmin xidmət sahələrində mütəxəssis kimi işləyə bilməzlər. Onlar ya köməkçi kimi, ya da fəhlə kimi fəaliyyət göstərə bilərlər. Peşə təhsili almış ixtisaslı ustaların əmək fəaliyyəti usta dələduzluğunun da qarşısını alacaq. İstər iaşə xidmətlərində, istərsə də usta xidmətlərində vətəndaş ona xidmət göstərən ilə müqavilə bağladıqda həmin xidməti göstərən şəxsin müvafiq sahə üzrə təhsilini müəyyənləşdirmək üçün onun diplomunu tələb edə, yaxud da işə yararlılığını müəyyənləşdirə bilər. Hesab edirəm ki, bu addım peşə təhsilinin yararlılığını artırmaq, həmçinin peşəkar mütəxəssislərin xidmət göstərməsi istiqamətində ürəkaçan olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri