Icma.az
close
up
RU
Azərbaycan ilə Qətər arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Qətər arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mədəniyyət naziri Adil Kərimli Bakıda qətərli həmkarı ilə görüşüb

Aprelin 10-dan 13-dək Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək. Bu münasibətlə dost ölkənin mədəniyyət nazirinin rəhbərliyi ilə geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində aprelin 10-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani arasında ikitərəfli görüş keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a məlumat verilib ki, qətərli həmkarını səmimi salamlayan nazir Adil Kərimli əlamətdar mədəniyyət hadisəsi münasibətilə təbriklərini çatdırıb.

Bildirib ki, Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri əsasında hərtərəfli inkişaf edir.

Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində uğurlu əməkdaşlıq qurulub.

Nazir vurğulayıb ki, xalqlarımızı yaxınlaşdıran həm də mədəni zənginliklərimizdir. 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. “Qətər Dövləti də Azərbaycanda təşkil olunan müxtəlif səpkili beynəlxalq tədbirlərdə yaxından iştirak edir. İnanıram ki, Bakıda keçirilən Qətər Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq”, – deyə Adil Kərimli əlavə edib.

Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani səmimi qəbula görə Adil Kərimliyə təşəkkürünü bildirib. O, Qətər nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edib. Qətərli nazir 16 ildən sonra ölkəsinin mədəniyyətinin Azərbaycanda yenidən təqdim olunmasından məmnunluğunu bildirib, bu kimi tədbirlərin mədəni inteqrasiya üçün zəruri olduğunu vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Aprel 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri