MY ni tərk etdi
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gözlənildiyi kimi, Ceydon Sanço klubunu dəyişib.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted” futbolçunu “Roma”ya satıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya klubu 25 yaşlı vinger üçün 20 milyon funt sterlinq təklif etmişdi. MY rəhbərliyi bu təklifi müsbət cavablandırıb. Transferin yaxında rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Sanço ötən mövsümü icarə əsasında “Çelsi”də keçirib.

