Icma.az
close
up
RU
N. Nəromanovun SƏHVLƏRİ

N. Nəromanovun SƏHVLƏRİ

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

...Naxçıvanda müsavatçıların nüfuzundan və Türkiyə dövlətindən çəkinən ermənilər 1920-ci il dekabrın 21-də Naxçıvandan rəsmi surətdə imtina etdilər.

Mühüm tarixi əhəmiyyətə malik və “Nərimanovun Bəyanatı” kimi adlanmış rəsmi sənəddən bəzi sətirlər:

Sovet Azərbaycanı Ermənistan Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqına yardım edərək elan edir ki, Naxçıvan və Zəngəzur qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını tam təyin etmək hüququ verilir...” ( “Kommunist” qəzeti, 2.12.1920).

1921-ci il 15 sentyabrında V.Leninə göndərdiyi məktubunda N.Nərimanov yazırdı ki, Qızıl Ordunun bizi tərk etməməsini ondan xahiş etmişik. Qızıl Ordu Azərbaycan kəndlilərinin hesabına saxlandığı üçün onlar var-yoxdan çıxarılırsa da, bununla bağlı fəhlələrqida çatmazlığı yaranırsa da biz buna getmişik. Daha sonra bu “xalq lideri” mütiliklə deyir:

“Mən təkrar bəyan edirəm ki, hədsiz çətinliklərlə olsa da mən Sovet Rusiyasının üzərimə qoyduğu öhdəliyi (hansı öhdəliyi? – İ.İ.X) tam yerinə yetirmişəm. Azərbaycan nefti Sovet Rusiyasına məxsusdur”. (N.Nərimanov, “İzbrannıe proizvedeniya”, Baku – 1989, tom 2, str 553-557).

F.Köçərli “Nəriman Nərimanov” kitabında yazır ki, hakimiyyətin ilk ilində Nərimanov Rusiyaya 60 milyard manatlıq neft göndərmişdi, özü də müftə. Fəhlələr neftin hansı şərtlərlə göndərildiyini soruşduqda o, belə cavab vermişdi:

“...biz Rusiyaya hər nə versək yenə də az olacaqdır, çünki bu bizim borcumuzdur, bizim bilavasitə vəzifəmizdir”.

Hörmətli oxucu, çox təəccüblüdür, doğrudanmı xalqın sevimli rəhbəri olmaq iddiasındakı bu adam rus süngüsü üzərində 2-3 il hakimiyyət sürməsi xatirinə kəndlisini var-yoxdan çıxarır, fəhləsini aclıq çəkməyə məcbur edir, qabaqcıl adamların fiziki-mənəvi məhvinə susur, millətin nəyi varsa, şimala daşıtdırır, torpağımızı, sərvətlərimizi qan düşmənimizə ərməğan edir və bunu özünə borc bilir?

N.Nərimanovun anlamında Rusiyanın bizə bəxş etmiş olduğu xöşbəxtliyin və bunun əvəzi olaraq bizim onun qarşısnda vəzifəmizin və borcumuzun daha biri, orqanizmin gizli xəstəliyinin gec aşkar olan əlaməti kimi, 1964-cü ildə aşkara çıxdı.

Yadımdadır ki, həmin il Azərbaycanın Rusiya tərkibinə “könüllü girməsi”nin 150 illiyini bayram edilməsi ilə əlaqədar paytaxt Moskvadan bir çox qonaq, o cümlədən SSRİ Tarix İnstitutunun keçmiş direktoru A.L.Sidorov və başqa tarixçi alimlər gəlmişdi. Onları vağzalda qarşılayan tarixçi alimlərimizə Sidorov, “Çox qəribə haldır ki, insan ölkəsinin işğalını bayram olaraq qeyd edir” – demişdir. (Moskvanın Dağlıq Qarabağı ermənilərə verməklə bağlı anti Azərbaycan siyasətinə respublika zəhmətkeşlərinin Vətənimizin müstəqil olmasının tərəfdarı kimi şifahi çıxışları və mətbu yazıları ilə tanınan Az.SSR EA-nın müxbir üzvü, Mahmud İsmayılovun 1989-cu ildə “Çənlibel” təşkilatının Azərnəşrin keçmiş Hüsü Hacıyev küçəsində ki, keçmiş binasındakı söhbətindən bir xatirə).

Onu da qeyd edək ki, Nəriman adlı bir bolşevik 1919-cu ildə Azərbaycanın Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur uyezdlərində Müsavat hökuməti və xalq ordumuz əleyhinə pozucu təbliğat aparırdı. N.Nərimanovların, M.Əzizbəyovların və ümumiyyətlə, bolşeviklərin (kommunistlərin) kim olduqları sualını gec də olsa özümüzə verməliyik.

Azərbaycandan torpaq qoparıb Emənistana verilməyin kökündə Rusiyanın Qafqazı əldən verməmək məqsədi dururdu. Çox təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbəri N.Nərimanov bolşeviklərin gizli məqsədini duya bilməmişdi. Azərbaycanın təbii sərvətlərini, torpaqlarını qonşulara paylamaqda N.Nərimanov çox əliaçıq, cəsarətli, özününkülərə yardım münasibətində isə çox aciz olub. Azərbaycanı XI Orduya işğal etdirən bu insan 1920-ci ilin 27 mayında imzaladığı dekretlə neft sənayesini milliləşdirib, onu Azərbaycanı tanımaq istəməyən, onunla hesablaşmağı lazım bilməyən, sonralar neft kralı adlandırılmış Serebrovskinin ixtiyarına buraxdıqdan sonra Azərbaycan kəndlisinin kerosin tapmadığı üçün talaşa yandırmağından, Tiflisdə isə bizim neftin daha ucuz satıldığından hansı məntiqlə narazılıq edir?

M.Ə.Rəsulzadə Azərbaycanın müstəqil, suveren bir dövlət olması üçün illərlə müstəsna fəaliyyət göstərmişdi. Buna görə də o, XI Ordunun süngüləri üzərində qurulmuş Sovet hakimiyyətinin Azərbaycanı qarət, talan etməsinə, törətdiyi qətliamlarına sakit baxa bilmirdi. M.Ə.Rəsulzadə 1921-ci ilS.Orconikidzenin yanında Nərimanova sovet hökumətinin qanunsuz hərəkətlərini nə üçün qəbul etdiyini soruşduqda ondan “Mən nə edim, məni dinləyən yoxdur” cavabını almışdı. Bu cavabdan qeyzlənən S.Orconikidze:

“Xeyr, yoldaş Nəriman, bu sözlərlə özünü məsuliyyətdən qurtara bilməzsən. Sözləri dinlənilməyən bir rəisi – hökumət məmləkətin fəlakətində iştirak etməmək və məsuliyyətdən qurtarmaq üçün istefa verər – işdən çıxar” – demişdi. (N.Nəsibzadə, Nərimanov:sönməyən ulduz, yoxsa bütün sonu? “Azadlıq” qəzeti, 26.07.1991)

V.Leninin əsərlərinin 1965-ci ildə çap olunmuş 51-ci cildində, 1920-ci ilin iyununda Q.Orconikidzeyə göndərdiyi teleqramda deyilir:

“Bundan başqa Azərbaycanın bütün daxili, xarici siyasətinə rəhbərlik Sizə həvalə olunur”.

Hərçənd bu teleqramdan Nərimanov xəbərdar ola bilməzdi, ancaq işlərin gedişindən o özünün kağız üzərində rəhbər və Rusiya rəhbərliyinin əlində bir oyuncaq olduğunu duymalı idi. Bəlkə də Nərimanov vəziyyəti başa düşürdü, lakin rus süngüsü üzərində hakimiyyətə gəldiyi üçün səsini çıxara bilməyib, şəxsiyyətinin alçaldılması, hətta Pankratovun əmrilə həbs olunması ilə də barışırdı. Nərimanov o dövrdə Azərbaycanın fəlakətində bilavasitə iştirak etmişdi. Ümumiyyətlə isə, istilaçılar yerli əhalidən on minlərlə vətənsevərlərin edam qərarını adətən özlərinin yerli xalqdan təyin etdikləri, özünün oyuncaq olması ilə razılaşan rəhbərə imzaladırdılar. Buna görə də qətliamların müəllifləri istilaçılar olsalar da yerli rəhbərlər də ən azı siyasi, mənəvi məsulyyətdən qurtula bilməzlər!

N.Nərimanov Azərbaycanın əbədi xöşbəxtliyini insanların dayanıqlı milli xüsusiyyətlərini – dil, adət-ənənə eyniliyini, əhalinin avtoxton olub-olmamasını, dini mənsubiyyətini nəzərə almadan müxtəlif milliyyətli vətəndaşların yalnız əmək münasibətlərinin yaxınlığıəsas tutaraq onları qardaş hesab etməklə Rusiya ilə bağlayırdısa, M.Ə.Rəsulzadə Vətənin xöşbəxtliyini ölkənin müstəqilliyində, əhalinin isə milli şüurunun oyandırılmasında, onun yetkinləşdirilməsində və milli vəhdətdə görürdü.O, milli birliyi qorumağı vacib hesab edir, beynəlmiləlçilik, kosmopolitizm kimi ideyaların milli birliyin parçalanmasına, məhvinə xidmət etdiyini əsaslandırırdı. M.Rəsulzadə eyni vaxtda bütün xalqlara hürriyyət arzulayırdı və bunu sonra real olaraq həyata keçirdi, Azərbaycan Parlamentinin tərkibi bunu aydın göstərir. N.Nərimanov da xalqının xoşbəxtliyini istəyirdi, lakin onun bu məqsəd üçün seçdiyi ideoloji platforma bünövrəsindən nöqsanlı olduğu üçün özü də xeyli nöqsana yol verdi.

Mənbə: : “Vətən düşüncələri (tarixin olaylarında) “ – İrşad İbrahimov

Bakı - 2007

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Mart 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see660

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see429

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see300

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see296

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see255

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see254

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see227

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see225

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see216

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see211

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see202

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see179

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see176

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see171

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see169

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see169

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see164

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see163

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see159

Bakı metrosunda dəyişiklik...

18 Avqust 2026 10:16see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri