Icma.az
close
up
RU
Yol kənarında satılan qarpızlar niyə təhlükəlidir?

Yol kənarında satılan qarpızlar niyə təhlükəlidir?

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyalı mütəxəssis Anna Cabakovanın sözlərinə görə, erkən qarpızlarda nitrat səviyyəsinin yüksək olma riski daha çoxdur.

Ölkə.az xəbər verir ki, o, “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, “kimyəvi maddələrlə doldurulmuş” erkən qarpızlar barədə yayılan fikirlər tamamilə əsassız deyil. Məhsulların bir hissəsi həqiqətən də gübrə və böyümə stimulyatorlarından aktiv istifadə olunaraq yetişdirilir. Bununla yanaşı, bu gün erkən qarpızlar istixana texnologiyaları, cənub bölgələrində becərilmə və idxal hesabına da bazara çıxarılır.

Mütəxəssis qeyd edib ki, mövsümün qızğın vaxtı ilə müqayisədə erkən qarpızlarda nitratın normadan artıq olması ehtimalı daha yüksəkdir. Ancaq nitrat özü birbaşa zəhər sayılmır, əsas problem normanın aşılmasıdır. Xüsusilə uşaqlar, hamilə qadınlar, mədə-bağırsaq və ürək-damar xəstəlikləri olan insanlar buna qarşı daha həssasdır.

Cabakovanın sözlərinə görə, praktikada ən böyük təhlükə nitrat yox, bakteriyalar və düzgün saxlanmama şəraitidir.

“Qarpız mikroorqanizmlər üçün ideal mühitdir. Əgər meyvə istidə saxlanılırsa, yol kənarında satılırsa və ya üzərində çat varsa, bağırsaq infeksiyası riski “kimyəvi zəhərlənmə” riskindən daha yüksək olur”, – deyə o xəbərdarlıq edib.

Mütəxəssis dilimlənmiş qarpızların satışını da təhlükəli hesab edib. O bildirib ki, yay istisində şirin və nəmli qarpız içində bakteriyalar çox sürətlə çoxalır. Xüsusilə qarpız çirkli bıçaqla kəsilibsə və soyuducuda saxlanmayıbsa, risk daha da artır.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 May 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri