Icma.az
close
up
RU
Nadir Əliyevin həbsi tələb edilir FOTO

Nadir Əliyevin həbsi tələb edilir FOTO

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Məhsul” stadionunu satmaq istəməkdə təqsirli bilinən stadionun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyev barəsindəki hökmdən apellyasiya şikayətləri verilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, iş üzrə zərərçəkmiş şəxslər hökmdən narazıdırlar.

Bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Namazovun sədrlik etdiyi hakimlər araşdırıb. Təqsirləndirilən şəxslər ikisi də xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. Onların ikisinə də Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilsə də, eyni məcəllənin 70-ci maddəsi (şərti məhkum etmə) yalnız Nadir Əliyevə şamil edilib. Hökmə əsasən, Alik Həsənov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Nadir Əliyev isə məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Zərərçəkmiş şəxslər isə hökmlə razılaşmırlar. Onlar dəymiş ziyan ödənilmədiyi halda müttəhimlərə yüngül cəza verilməsini qanunauyğun hesab etmirlər. Bu səbəbdən hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti verib. Şikayətlərdə Alik Həsənovun cəzasının ağırlaşdırılması, Nadir Əliyevin isə həbs edilməsi, həmçinin onların əmlaklarının satılaraq dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi istənilir.

Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməyib.

Şikayətlər Bakı Apellyasiya Məhkəməsinə yeni təyin edilmiş hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” stadionunun ərazisini sata biləcəkləri vədini verərək sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar. İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri