Icma.az
close
up
RU
Nadir kosmik hadisə Planet öz ulduzunun orbitində BUXARLANIR

Nadir kosmik hadisə Planet öz ulduzunun orbitində BUXARLANIR

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Massaçusets Texnologiya İnstitutundan olan amerikalı alimlər nadir kosmik hadisəni - planetin öz ulduzunun orbitində buxarlanmasını müşahidə ediblər.

Oxu.Az-ın verdiyi məlumata görə, tədqiqat "Astrophysical Journal Letters" elmi jurnalında dərc olunub.

"BD+05 4868b" adlandırılan bu planet Yerdən 140 işıq ili məsafədə, Peqas bürcündə yerləşir və arxasında təxminən 9 milyon kilometr uzunluğunda, mineral tozdan ibarət nəhəng quyruq buraxır.

Merkuri ilə Ay arasında ölçüyə malik olan bu planet öz narıncı cırtdan ulduzunun ətrafında cəmi 30.5 saata dövr edir.

Səth temperaturu 1 600°C-yə qədər yüksəlir ki, bu da daşlı süxurların maqmaya çevrilməsinə səbəb olur. Planet hər dövrəsində Everest dağının kütləsinə bərabər (təxminən 350 milyard ton) maddə itirir və nəticədə təsiredici bir toz şleyfi yaranır.

Kəşf TESS kosmik teleskopu vasitəsilə edilib. Qurğu planetin keçidi zamanı ulduzun parlaqlığında baş verən dövri azalmaları qeydə alıb.

Alimlər güman edirlər ki, "BD+05 4868b" əvvəlcə ulduzdan daha uzaq məsafədə formalaşıb, lakin başqa bir səma cisminin cazibə təsiri nəticəsində indiki yaxın orbitə keçib.

Buxarlanan maddənin tərkibi xüsusi maraq doğurur. Astronomlar planetin qabığından, mantiyasından və ya hətta nüvəsindən minerallar ehtiva edə biləcək bu quyruğun ətraflı təhlili üçün "Ceyms Uebb" kosmik teleskopundan istifadə etməyi planlaşdırırlar.

Yanaraq məhv olan bu dünyanı müşahidə etmək alimlərə planet sistemlərinin təkamülünü və ekstremal şəraitdə onların dağılma mexanizmlərini daha yaxşı anlamağa kömək edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 03:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri