Icma.az
close
up
RU
Nadir Yalçın üçün tost

Nadir Yalçın üçün tost

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Görəsən, insanın ömründə ən əziz neçə dostu ola bilər?

Məsələn, heç cəmi beş nəfər dostu olan adam varmı dünyada? Kimsə beş nəfər adamla eyni anda, eyni şəkildə dostluq edə bilərmi? Çox yəqin, yox.

Əlbəttə, ola bilər, səni əhatə edən insanların sayı 50-ni də keçər, 100-də. Ancaq dost sayı ya bir olar, ya iki.

Bu səbəb, Nadir Yalçın mənim iki dostumdan biridir, ən qədimidir.

Di gəl, elə bu da qəribədir.

Axı mən Nadir Yalçınla necə dost ola bilirəm?

Onunla ədəbiyyat düşüncələrimiz də, yazı üslubumuz da, estetik görüşlərimiz də, həyata baxışımız da, insanlara və baş verən hər şeyə münasibətimiz də tamamilə fərqli, hətta bir-birinə əksdir. Və bütün bunlar bizi bəzən dalaşdırır, küsdürür, incidir. Di gəl, bir də görürsən, yenə həminkidir, hər şey heç olmamış kimidir. Bütün bunlar necə olur? Həm də hər şey eynidir.

Məsələn, gözümü açandan dostluq etdiyim insanları cüzi bir səhvdə tamamilə silmək mümkün olubsa, Nadir niyə silinmir?

Halbuki ən ağır davanı da onunla etmişəm, ən ağır sözü də ona demişəm. Bəs o məni niyə bağışlayıb, necə bağışlayıb? Hardan bilib ki, nə olsa da, mən onun, o da mənim dostumdur? Axı adətən, normal adamlar belə həqiqətlərə ömrünün sonunda çatır.

Görünür, Nadir dünyaya gələndə özü ilə öz həqiqətlərini gətirib.

Əziz dostum, gözəl şair Şəhriyar Del Geraninin mənalı bir sağlığı var:

“Yazdığın şeiri və hekayəni üç aşağı, beş yuxarı mən də yazıram. Ancaq de görüm, özün kimsən? Mənimlə nəsən, nəyimsən, necəsən, haracansan?”.

Demək, Nadirlə məni dost edən də bu nəsənlər, nəyimlər, necəsənlər, haracanlardır.

İki dostumun biri Vüqar Vanla söhbət əsnasında demişdim:

“Mən Nadiri tanıyanda 17 yaşı var idi. Ancaq ilk dəfə harada tanış olmuşuq, harada oturmuşuq, nə söhbət etmişiksə, yadımda deyil. Bir də ayılmışdım ki, ondan əziz kimsəm yoxdur. Bütün əzizlərimin əzizi oldu. O vaxt dost olmağa necə can atırdısa, dost olandan sonra da yenə dost olmağa can atdı. Həyatda tanıdığım yeganə insandır ki, nə yerişi, nə sözü, nə həyata baxışı, mənə və onu əhatə edən insanlara münasibəti də dəyişməyib. Bunun yaxşı və ya pis olduğunu bilmirəm, ancaq olduğu kimi olan, klip çəkməyən tək insan Nadirdir”.

Hərdən elə bilirəm, həyatda tanıdığım ən hiyləgər adam da odur. Ancaq o səmimiyyət, o insanlıq, o münasibət hiyləgərliyin də bəzən gözəl olduğunu göstərir. İmzası kimi, insanlığı, dostluğu da təsdiq olub Nadirin. Ola bilsin, bunlar bir yazıçı üçün məişət söhbətləridir, ancaq elə belə söhbətlər deyil. Adam üzərində işləyib yaxşı şair də olar, yazıçı da. Ancaq ya dostsan, ya da deyilsən.

Məsələn, “Həyatda dost yoxdur” deyən adamlar, özləri dost olq bilməyən adamlardır.

Xülasə:

Onu tanıyan adamlarçün indi belə bir məqam var:

“Dostluğun Nadir Yalçın zirvəsi”

Qəribədir, ilk vaxtlarda Nadirlə bağlı bilmədiyim məsələləri indi də bilmirəm.

Adamlar var, onun sənin həyatına necə gəldiyini, hardan gəldiyini, ümumiyyətlə, niyə gəldiyini də bilmirsən. Bəzən heç bir ömür boyu bunu düşünmürsən də. Sonra elə şeylər olur, elə zaman gəlir, bunları heç düşünmək də istəmirsən. Beləcə, proses səni özü aparır çıxardır bu ömrün sonuna.

Nadir isə həmin o ömrün sonunda da dayanıb səni gözləyən, düşündürən adamdı.

Nadir ətrafında olan bütün dostların həyatına bir və ən gözəl şəkildə girən adamdır.

Nadir gözəl adamdı, dost adamdı.

Adam olur, onun haqqında danışanda düşünürsən, bu olmasa, sən nə itirirsən? Nadir haqqında bunu düşünmək olmur. Düşünsən, itirərsən.

Ümumiyyətlə, sən istəsən də, istəməsən də Nadir dönüb dost olur.

Bəli, var elə adamlar, onlara heç olmasa, hərdən-bir təşəkkür edirsən. Təşəkkür edirsən ki, o var, sən onu tanıyırsan, yollarınız hardasa kəsişir.

Nadir haqqında danışılası adam deyil.

Nadir haqqında susulası adam da deyil.

Odur, açıram əllərimi göyə və Allaha deyirəm:

“Nadir üçün çox sağ ol”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Avqust 2025 03:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri