Icma.az
close
up
RU
Mən necə evsiz qaldım? Nadir Yalçın

Mən necə evsiz qaldım? Nadir Yalçın

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Nadir Yalçının “İtən sandıq, itən insan, tapılan qəbir” adlı yeni yazısını təqdim edir.

Doğulub boya-başa çatdığım Mir Cəlal küçəsindəki evimizdən köçdüyümüz günü dəqiq xatırlamıram. Oranı nə vaxt satdığımız da yadımda deyil. Bircə axır vaxtlar bizə kepkalı, dolubədən, boyca balaca, gursəs bir kişinin gəldiyi, atamla, babamla söhbətləşdiyi alatoran xatirimdədir. Yəqin, evi də elə ona satmışdıq. Sonralar bu barədə heç kimə qəti bir sual vermədim. Günü bu gün də evi kimə satdığımızı bilmirəm. Bir onu bilirəm, evin satıldığını öyrənəndə alçaldım. Səkkiz yaşlı uşaq üçün alçalmaq nə dərəcə aydın idisə, həmin qədər. Məsələn, müəllim lövhənin qarşısında dərsi bilmədiyimə görə məni pərt edəndə necə olurdumsa, o cür miskin və əlacsız.

Köçməyimizə bir neçə gün qalmış məni və qardaşımı qohum evinə yolladılar. Evdən çıxanda bir də ora qayıtmayacağımı tam başa düşmürdüm. Düşsəydim, arxa eyvana keçib 9-cu mikrorayonun havasına – zeytunluğa, uzaqlarda dalğalanan, qarşısı göydələnlərlə sərhədlənməyən Xəzərə, babamgilin otağının sarı, üzərində qeyri-adi naxışları olan divar kağızına, mətbəxdə bir küncdə qalan və axırıncı dəfə lap çoxdan işlədiyi deyilən televizora, qonaq otağımızdakı qırmızı ev telefonuna, güldanı, az qala, mən boyda olan “kitayski roza”ya, dəhlizdəki divarboyu yığılma şkafa, şkafın ən hündür gözündəki “Norka” papağa, panamalara, eyvandakı şkafda qalaqlanan dəmir-dümürə, maşının kiçik ehtiyat hissələrinə, həmişə gizlətdikləri, amma tez-tez əlimə düşən piyalə “buynuz”a, tualetdəki açıq şaxtaya çox diqqətlə baxardım, rənglərini, formalarını yaddaşıma köçürərdim, hər şeyin yerini əzbərləyərdim.

İndi sadalasam da, heç biri olduğu kimi yadımda deyil. Bilmirəm, bəlkə, nə divar kağızı sarı idi, nə də ev telefonumuz qırmızı. Nə dəhlizdəki şkaf hündür idi, nə də güldan mən boyda...

Dörd-beş günlük getdiyimiz qohum evində hamını şeytan libasında görürdüm, hər kəsə nifrət edirdim. Elə bilirdim, hamı mənə gülür, mənə yazıq kimi baxır. Yaxşı sözləri də iynə kimi batırdı. Heç nəyi dəqiq bilmədiyimə görə lap pis olurdum. Bizim evimiz necə olacaq? O evə qayıdacağıq? Bəs ora qayıtmasaq, hara gedəcəyik? Əşyalarımız hardadı? Oyuncaqlarımı yerində tapacağam? Bəs babam, nənəm?.. Heç nə bilmirdim.

Həmin qohum evində qaldığımız dörd-beş günlük iztirabların içindən dəqiqliyi ilə, cəmi, bir epizod yadımdadır. Gecə yerimin içində nə fikirləşdimsə, ağladım. Səsimi heç kim eşitməsin deyə, içimdə hıçqırdım. Balaca qardaşım ayıldı. Hələ lap körpə idi. Onda ilk dəfə yurdsuz-yuvasız, evsiz-eşiksiz, məskənsiz olduğumuzu hiss elədim. Üstündən illər keçib, ev də almışıq, elə bilirəm, yenə evsiz-eşiksiz, yurdsuz-yuvasız, məskənsizəm. Qardaşımın uşaq ətri ilə evsizlik canıma hopub. Mən necə evsiz qaldım?!..

Dörd-beş gün sonra bizi tanımadığımız bir evə gətirdilər. Başa saldılar ki, daha bu evdə yaşayacağıq. Evdə nə nənəm var idi, nə babam, nə də bayaq sadaladığım əşyalar. İndi bilmirdim, onlardan hansı geri qayıdacaq, hansı yox.

Bu kirayə qaldığımız evdə ilk gecəni ötüşdürüb səhər hər şeyi nəzərdən keçirdim. Əşyalarımızın az hissəsini yerində tapdım, çox şey yoxa çıxmışdı; ya tullamışdılar, ya da satılan evimizdə qalmışdı.

Beynimdəki siyahını yada saldım. O siyahını xəyalən oxuyub bir-bir əşyalarımızı axtarırdım. Siyahının elə bir yerinə çatdım ki, artıq nəfəsim kəsildi, əsəbiləşdim, evə sığmadım. Sandıq... Sandığımız yox idi.

Nə sandığımızı gətirmişdilər, nə də içindəkiləri...

Öz evimizdə babamgilin otağında bir sandıq var idi. Üstünə yük yığmışdılar – döşək, yorğan, balış, döşəkcə... Hərdənbir yükü töküb havaya çıxardırdılar. Çırpıb yenidən səliqə ilə sandığın üstünə yığırdılar. Həmin yük tökülən günü mənim üçün bayram olurdu. Sandığın ağzın açıb tamam başqa aləmə daxil olurdum.

O vaxtlar balaca olduğumdan, sandıq mənə o qədər böyük görünürdü, fikirləşirdim, bir gün onun içində oturub əşyalara bir-bir baxa bilərəm. Sandığın içində köhnə, üzərində əl işləmələri olan balışüzüləri, qədimi lüstr, köhnə məişət əşyaları, üstü villur olan şəkil albomları, nənəmin cehizləri – qaşıq, çəngəl, bıçaq dəstləri, müxtəlif fiqurlu suvenirlər, babamın köhnə qalstukları, müxtəlif rəngli parçalar, noxudlu kəlağayı... Hər şeyi xırdalığına qədər babamdan, nənəmdən soruşurdum, onlar da bir-bir cavab verirdilər... Bir də...

Bir də o sandığın içində çərçivəyə salınmış bir portret var idi. Cavan oğlan şəkli idi. Kostyumda, boğazında qalstuk, biraz da yanakı dayanmışdı. Bir dəfə çərçivəni götürüb babamın yanına yüyürdüm:

– Bu şəkildəki kimdi?

Babam çərçivəni məndən alıb diqqətlə şəklə baxdı. Kövrələndə dodağını yanakı əyib səsinin titrəməsini ört-basdır etmək istəyirdi:

– Qardaşımdı... Sənin adın nədir? – səsindəki kövrəkliyi gizlədə bilmədi.

– Nadir, – babamın sualına təəccüblə cavab verdim.

– Bəs mənim adım nədir?

– Sənin də adın Nadirdi də, baba.

– Həə... bizim adımızı o qoyub.

– Sənin də adını, mənim də adımı?

– Yox, mənim adımı o qoyub, mən də öz adımı sənə qoymuşam.

– İndi o hanı? – maraqla soruşdum.

– Müharibədə həlak olub, – babam bayaqkı kövrəkliyi ilə köks ötürdü.

– Hansı müharibədə?

– O vaxt ruslarla almanlar döyüşüb – İkinci Dünya müharibəsi. Qardaşlarım Həsənağa və Məmmədhəsən də həmin müharibəyə yollandılar. Onda mən bələkdə olmuşam... Heç biri qayıtmadı. Həsənağanın qara kağızı... yəni, ölüm xəbəri gəldi. Məmmədhəsənin isə nə öldüsü bilindi, nə qaldısı...

– Bəs necə olub qardaşın Həsənağa sənin adını qoyub?

– O, Rusiyanın şəhərində – Leninqradda ali təhsil alırmış. Kəndə qayıdanda mən anadan olmuşam, adımı da Balahüseyn qoyublar. O da əsəbiləşib, deyib, bəsdirin belə köhnə adlar qoydunuz uşaqlara. Uşağın adını Nadir qoyun. Elə çox keçməmiş müharibəyə gedib... Bax, bu şəkil də onundu...

Bu dialoqdan sonra anam yükü yerinə yığacağını dedi və şəkli də məndən alıb sandığa qoydu.

...İndi bu köçdüyümüz yad evdə çox əşya yox idi, amma sandığın olmaması lap dəhşət idi. Belə çıxır, şəkil də o sandıqla bir yerdə yoxa çıxıb. Anamdan sandığı soruşdum. Evimizdə qaldığını dedi. Qışqırdım, ağladım, gedib sandıqdan şəkli götürüb geri gətirməsini tələb etdim. Amma məhəl qoyan olmadı. Beləcə, sandıq da, şəkil də yox oldu.

Sonralar bu barədə çox fikirləşdim. Kaş belə olmazdı. Biz o evdən köçməzdik, sandığımız itməzdi və bu gün bu xatirələr əvəzinə başqa şey yazmaq olardı. Olmayanda olmur, alınmayanda alınmır...

Söz yox, sonradan mən kənddə babamın balaca qardaşıgildən itkin düşən qardaşlarının hər ikisinin şəklini tapdım. Hətta Rusiyanın “Xalqın yaddaşı” (“Память народа”) saytından Həsənağa və Məmmədhəsən Rzayevlər barədə məlumat toplaya bildim. Kiçik serjant Həsənağa Əliş oğlu Rzayev 1943-cü ilin martında müharibədə həlak olub. Rusiyanın Orlov vilayətinin Sevsk rayonundakı qardaşlıq qəbiristanlığında dəfn edilib. İndi də məzarı ordadır. Məmmədhəsən Əliş oğlu Rzayev isə 1941-ci ilin aprelində müharibəyə yollanıb, həmin ilin dekabrında isə itkin düşüb.

Mayın 9-u Qələbə Günündən 80 il keçdi. Həmin gün axşam Kür daşqını barədə xəbər yayıldı. Sabirabadın kəndləri ətrafında baş verən daşqın evsizlik, yurdsuzluq, məskənsizlik qorxumu yenidən yadıma saldı. Kənddəki qəbirlərin su basacağı ehtimalı məni təlaşlandırdı. Elə həmin dəqiqə fikirləşdim: Görəsən, Həsənağa və Məmmədhəsən qardaşlarının dəfn olunduqları yerin yan-yörəsindən çay axır? O çaylar da Kür kimi daşır?

...Kürə sakitlik arzuladım.

Telman Adıgözəlov kimdir? Qospodin Əhməd bəy rusdur, şiədir... - Ağaoğlu ittihamlar qarşısında Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:366
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 May 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see244

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see213

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see209

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see207

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see205

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see205

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see204

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see200

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see199

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see196

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see191

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see191

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see188

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see186

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see183

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see183

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see180

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see178

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see176

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri