Naftalanda yaşayış binasında yanğın Tüstüdən zəhərlənənlər var
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Naftalan şəhərində yerləşən doqquz mərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə binanın səkkizinci mərtəbəsində təmir işləri aparılan mənzildə qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı binanın doqquzuncu mərtəbəsində yaşayan sakinlər - 1973-cü il təvəllüdlü Ulduz Əhmədova və onun oğlu, 1990-cı il təvəllüdlü Bəxtiyar Əhmədov tüstüdən zəhərləniblər. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən onlara ilkin tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















