Icma.az
close
up
RU
Nağdsız ödənişlər xərcləmə vərdişinə necə təsir göstərir? İQTİSADÇI AÇIQLADI

Nağdsız ödənişlər xərcləmə vərdişinə necə təsir göstərir? İQTİSADÇI AÇIQLADI

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Nağdsız ödənişlər müasir dövrdə insanların gündəlik maliyyə davranışlarına fərqli təsir göstərməkdədir. Bəzi vətəndaşlar bu ödəniş formasını qənaətcil hesab edir və şəxsi büdcələrini daha səmərəli idarə etmək baxımından üstün tutur. Bu yanaşmanın əsas üstünlüklərindən biri də xərclərin izlənilə bilməsi və uzunmüddətli maliyyə hesabatlarının aparılmasının mümkünlüyüdür ki, bu da şəffaflığın təmin olunmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Eyyub Kərimli sözlərinə belə davam edib: “Digər tərəfdən, bəzi insanlar nağdsız ödənişlərin fiziki pulun əl altında olmaması səbəbindən daha sərbəst və nəzarətsiz xərclərə səbəb olduğunu düşünürlər. Bu fikir fərdi maliyyə davranışlarının psixoloji aspektləri ilə bağlıdır.

Azərbaycan kontekstində isə qeyd olunmalıdır ki, nağdsız ödənişlərin bir sıra real üstünlükləri vardır. Xüsusilə bəzi kommersiya strukturları bu cür ödənişlərə görə vətəndaşlara endirimlər və ya bonuslar təqdim edir. Həmçinin, təhlükəsizlik baxımından da nağdsız ödənişlər daha etibarlı sayılır. Pul vəsaitləri bank hesablarında saxlanılır, bəzi hallarda bu hesablar üzrə əlavə gəlirlər və faizlər də hesablanır ki, bu da əlavə motivasiya yaradır.

Hazırda ölkədə 2 milyona yaxın aktiv kart mövcuddur və bu göstərici nağdsız ödənişlərin geniş yayılmasını təsdiq edir. Beləliklə, əhalinin əhəmiyyətli bir hissəsi vaxt qənaəti, təhlükəsizlik və hesabatlılıq baxımından nağdsız ödənişlərə üstünlük verir”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri