Icma.az
close
up
RU
Nağdsız ödənişlərin hansı üstünlükləri var?

Nağdsız ödənişlərin hansı üstünlükləri var?

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İlin əvvəlindən iyunun sonuna kimi ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb. Statistik məlumata əsasən, cari ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 902 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 575 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 325 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.

Ekspertlər hesab edirlər ki, nağdsız ödənişlərin genişlənməsi bizneslərin real dövriyyəsinin daha dəqiq uçotuna imkan yaradır. Bu isə dövlət büdcəsinə daxilolmaları artırmaqla yanaşı, iqtisadi statistikanın daha dəqiq formalaşdırılmasına kömək edir. Maliyyə sahəsi üzrə ekspertlərin fikrincə, kiçik və orta sahibkarlar üçün POS-terminalların sayının artması və bank xidmətlərinin əlçatanlığının yüksəlməsi bu prosesə əlavə təkan verir.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, nağdsız ödənişlər əməliyyatların izini saxlayır. Bu da kölgə iqtisadiyyatının azalmasına, vergidən yayınma hallarının məhdudlaşmasına və maliyyə intizamının güclənməsinə kömək edir. Eyni zamanda ödənişlər daha sürətli və operativ həyata keçirildiyi üçün iqtisadi səmərəlilik artır, şirkətlərin, sahibkarların və dövlətin əməliyyat xərcləri azalır: "Bu gün sahibkar məhsulunu sosial şəbəkələrdə reklam edir, internet üzərindən satır və ödənişi də elektron qaydada qəbul edir. Çatdırılma xidmətləri ilə birlikdə bütün proses rəqəmsal şəkildə həyata keçirilir. Əgər nağdsız ödəniş sistemi olmasa, bu zəncir tam şəkildə tamamlanmır. Buna görə də rəqəmsal ödənişlər iqtisadiyyatın ümumi rəqəmsallaşmasını sürətləndirir".

X.Kərimli hesab edir ki, əməliyyatların şəffaflaşması dövlət büdcəsinin gəlirlərinə də müsbət təsir göstərir: "Nağdsız əməliyyatları gizlətmək daha çətindir. Ödənişlər bank sistemi üzərindən keçdiyi üçün onların izi qalır və yoxlanılması asanlaşır. Bu isə vergi yığımlarının artmasına kömək edir. Nəticədə həm dövlətin gəlirləri artır, həm də bütün iştirakçıların vergi ödəməyə cəlb olunması rəqabət mühitinin sağlamlaşmasına şərait yaradır. Həmçinin nağdsız ödənişlərin genişlənməsi uzunmüddətli perspektivdə həm iqtisadiyyatın şəffaflığına, həm biznes mühitinin inkişafına, həm də maliyyə sektorunun modernləşməsinə kömək edir".

Nağdsız ödəniş sistemləri əməliyyatların sürətlə və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaratdığı üçün ticarət dövriyyəsinin stimullaşdırılmasına və ümumi iqtisadi aktivliyin artırılmasına mühüm təsir göstərir. Ödənişlərin operativliyi bazar subyektləri arasında maliyyə axınlarını sürətləndirir və bu da öz növbəsində investisiya mühitinin canlanmasına və kapital qoyuluşlarının artmasına gətirib çıxarır.

İqtisadçı ekspert Pərviz Heydərov qeyd edib ki, nağdsız ödənişlər dövriyyəyə və sahibkarların gəlirlərinə nəzarət baxımından üstünlüyü təmin edir: "Nağdsız ödənişlərin genişləndirilməsində bütün ölkələr maraqlıdır. Əgər dövriyyəyə və sahibkarların alqı-satqılarına nəzarət tam dəqiqliyi ilə həyata keçirilərsə, bu, müvafiq tənzimləyici siyasət yürütməyə şərait yaradar. Bununla da dolayısı ilə ümumdaxili məhsulun hansı istiqamətlərdə artması imkanlarını müəyyən etmək mümkün olacaq. Hökumətin məqsədi ondan ibarətdir ki, qeyri-leqal dövriyyə ümumiyyətlə olmasın, kölgə iqtisadiyyatı aradan qalxsın və gəlirlərə mümkün səviyyədə tam nəzarət əldə edilsin".

İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə görə, onlayn bank xidmətlərinin həcmi, əhatə dairəsi genişləndikcə, nağdsız ödənişlərin də həcmi artmış olur. Bu isə təbii prosesdir: "Kartla alış-veriş etməyin bir sıra üstünlükləri var. Məsələn, keşbek anlayışı var. Kartla alış-veriş edərkən həm bonus qazanırsan, həm də pulun bir hissəsi sonradan sənə geri qayıdır. Bu da insanların xoşuna gəlir. Bundan əlavə, pulun cibdən düşüb itməsi ehtimalı hər zaman böyükdür. Amma kartı itirərkən telefon vasitəsilə blok edirsən və yenisini ala bilirsən. Beləcə heç bir zərərə məruz qalmırsan. Bir sözlə, kartla alış-verişin bir çox üstünlükləri var. Ona görə də insanlar kartla bazarlığa daha çox üstünlük verirlər. Onu da deyim ki, Azərbaycanda kartla alış-veriş səviyyəsi hələ də çox aşağı səviyyədədir. Amma son illər kartdan istifadə halları çoxalıb. Hazırda ümumi ticarət dövriyyəsinin yarısını kartla alış-verişlər təşkil edir. Bu tendensiya pandemiya dövründə sürət aldı".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri