Nailə İslamzadə xəbər saytlarına və sosial şəbəkə adminlərinə səsləndi MƏNİM FOTOLARIMI…
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın tanınmış teleaparıcısı, əməkdar artist Nailə İslamzadə sayt rəhbərləri və səhifə inzibatçılarına müracət edib.
Gununsesi.info həmin müraciəti təqdim edir:
Sosial şəbəkələrdə, müxtəlif xəbər saytlarında və şəxsi səhifələrdə tez-tez şəkillərim paylaşılır. Təşəkkür edirəm, xoş sözlər, diqqət və dəyərləndirmə mənim üçün önəmlidir. Amma bu mənim istəyimə ziddir.
Təəssüf ki, bəzi paylaşımlar təhrif olunur, bilərəkdən kontekstdən çıxarılır və diqqət çəkmək məqsədilə yanlış başlıqlarla təqdim edilir.
Peşəkar fəaliyyətimlə, illərlə qazandığım tamaşaçı etimadına sahib olmaq mənim üçün kifayət qədər böyük mükafatdır. İstəmirəm ki, sosial mediada şəkillərim müzakirə obyekti olsun və mənim adım “klik” və ya “layk” üçün istifadə edilsin. Hamı bilir ki, doğum tarixim 1961-ci ildir. Təkrar-təkrar, bunu yazaraq istifadəçiləri də yormayın. Xarici görünüş ilk baxışda insanı cəlb edə bilər, amma daxili nur, səmimiyyət, mərhəmət və ağıl olmadan o gözəllik çox tez solur.
Anlayıram, mən ictimai insanam və haqqımda paylaşımlar ola bilər. Amma, cılız başlıqlarla, illər əvvəl çəkilmiş video və şəkillərimi indi çəkilmiş kimi təkrar-təkrar səhifənizdə yerləşdirib müzakirə açmayın! Mövzu qıtlığınız varsa, bir az dərin düşünün,
necə etmək olar ki, səhifəniz maraqlı olsun. Haqqımda nə isə yazmaq istəsəniz mənə müraciət edin.
Xahiş edirəm, bu qərarıma anlayışla yanaşasınız və bundan sonra şəkillərimi müzakirə obyektinə çevirməyəsiniz.
Əks halda, bu, həm etik normaların, həm də müəlliflik və şəxsi hüquqların pozulması kimi
qiymətləndiriləcək.
Baxış sayı:102
Bu xəbər 14 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















