Naim Qasım: “ABŞ İrana hücumu edərsə, “Hizbullah” neytral qalmayacaq
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
"ABŞ-ın İrana qarşı yaxınlaşan təcavüzü qarşısında özümüzü müdafiə etmək əzmindəyik”
“Hizbullah” Amerikanın İrana və onun rəhbərliyinə təhdidinə qarşı durmaq üçün bütün lazımi tədbirləri görəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə hərəkatın baş katibi Şeyx Naim Qasım Beyrutda İslam Respublikası ilə həmrəylik mitinqinin iştirakçılarına televiziya ilə müraciətində bildirib. Mitinq “Əl-Mənar” TV tərəfindən yayımlanıb.
Naim Qasım vurğulayıb: "ABŞ-ın İrana qarşı yaxınlaşan təcavüzü qarşısında özümüzü müdafiə etmək əzmindəyik və uyğun anda hərəkət istiqamətimizi seçəcəyik: “Hizbullah” Amerikanın hücumu halında neytral qalmayacaq".
Qasım qeyd edib ki, ABŞ və İsrail "İslam Respublikasının - dünyanın hər yerində milyonlarla müsəlman və məzlum insanlar üçün mayak kimi xidmət edən azad və müstəqil bir ölkənin mövcudluğuna dözmək istəmirlər".
“Hizbullah” lideri xəbərdarlıq edib ki, "bu dəfə İrana qarşı müharibə bütün bölgədə münaqişəni alovlandıracaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 27 Yanvar 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















