Icma.az
close
up
RU
Namazın əli bağlı və ya açıq qılınması haqda VACİB AÇIQLAMA: Məzhəblərin fərqli baxışları… KONKRET

Namazın əli bağlı və ya açıq qılınması haqda VACİB AÇIQLAMA: Məzhəblərin fərqli baxışları… KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Müsəlmanlar arasında namaz zamanı əllərin bağlı və ya açıq olması hər zaman müzakirə mövzusuna çevrilib. Bu məsələ fiqhi mübahisə predmeti sayıldığından, müxtəlif məzhəblər fərqli yanaşmalar sərgiləyir.

Hənəfi, Şafii, Hənbəli və Sələfi məzhəbləri əllərin bağlanmasını sünnət hesab edir. Bu məzhəblərə görə əllərin göbək altında və ya sinə üstündə sağ əlin sol əlin üstünə qoyulması namazın ədəb qaydasıdır, lakin vacib deyil.

Maliki məzhəbi əllərin yana salınmasını sünnət, əlləri bağlamağı isə məkruh sayır. Cəfəri, İbadi və bəzi Zeydi alimləri isə əllərin açıq tutulmasını vacib hesab edir, əllərin bağlanmasını isə namazı pozan əməl kimi qiymətləndirir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib.

“İslam alimləri bildirir ki, bu ixtilaflar namazın əsasını təşkil etmədiyindən, hər iki formada qılınması mümkündür.

Bəziləri əllərin qiyamda bağlanmasının sünnət olduğunu qəbul edərkən, digərləri bunun əksinə, əllərin açıq saxlanmasını vacib və ya müstəhəb sayır.

Məsələnin kökündə isə bu ibadət formasının fiqhə aid olması dayanır. Yəni, bu, İslamın əqidə və kəlam sahəsinə deyil, hüquqi və ibadət yönümlü fiqhi mübahisələr sırasına daxildir. Hər bir fiqh məzhəbi öz hədis qaynaqları və hüquqi metodologiyasına əsaslanaraq bu məsələyə fərqli yanaşır.

Fəqihlərin rəyinə qısa baxış:
• Hənəfi məzhəbi: Əllərin göbək altından bağlanması sünnət hesab olunur. Əlləri açıq qılmaq namaza xələl gətirmir.

• Şafii və Hənbəli məzhəbləri: Sağ əlin sol əlin üstünə qoyularaq göbəkdən yuxarı tutulması sünnətdir. Tərk olunarsa, namaz pozulmaz.

• Maliki məzhəbi: Əlləri açıq tutmaq sünnət, bağlamaq isə məkruh sayılır. Peyğəmbərin bəzi hallarda əllərini bağlaması yorğunluq və ehtiyac səbəbilə izah edilir.

• Cəfəri məzhəbi (şiə fiqhi): Namazda əlləri bağlamaq qadağan sayılır və əlavə hərəkət kimi qəbul edilir. Lakin təqiyyə və məcburiyyət hallarında icazə verilir.

• Zeydi məzhəbi: Fikir müxtəlifliyi var. İmam Zeydin tövsiyəsi ilə əlləri bağlamaq müstəhəb sayılsa da, bu gün Zeydilər əlləri açıq namaz qılırlar.
• İsmaili və İbadiyyə məzhəbləri: Əllərin açıq saxlanması əsas prinsipdir. İbadilərə görə, əlləri bağlamaq namazı pozar.

• Sələfi cərəyanı: Əllərin bağlanması sünnət kimi qəbul olunur. Rəy baxımından Hənbəli fiqhinə yaxın mövqedədirlər”.

İlahiyyatçı qeyd edir ki, İmam Malik, İmam Zeyd, İmam Cəfər Sadiq kimi tanınmış fiqh alimləri, həm Peyğəmbərdən, həm də bir-birindən elm almış şəxslər kimi namazın forması ilə bağlı fərqli yanaşmalar sərgiləyiblər. Əhli Beytə bağlı olan bu şəxsiyyətlərdən bəziləri əlləri açıq saxlamanın daha uyğun olduğunu, bəziləri isə bağlamanın müstəhəb ola biləcəyini vurğulayıblar.

“Tədqiqatçılar və məzhəb araşdırmaçıları arasında geniş yayılmış bir qənaət də ondan ibarətdir ki, Hz. Məhəmməd (s) namazda həm əlləri bağlı, həm də açıq qıldığı hallar olub. Əsas namaz formasının isə əlləri açıq şəkildə olduğu bildirilir. Əllərin bağlanmasının əsasən fiziki zərurət və ya situativ hallarla əlaqəli olduğu qeyd edilir.

Məzhəblərin və cərəyanların bu fərqli yanaşmaları göstərir ki, əlləri açıq və ya bağlı qılınan namazın heç biri avtomatik olaraq batil sayılmır. Heç bir məşhur fiqh alimi namazda əlləri bağlamağı vacib və ya fərz hesab etməyib. Bu da onu göstərir ki, Peyğəmbərin bu əməlinin zaman-zaman tərk olunması da mümkün və məqbul sayılıb”.

T.İrfan vurğulayır ki, namazın forması üzərində israrla mübahisə etmək və bu səbəbdən ümmət arasında parçalanmaya səbəb olmaq İslamın əsas mahiyyətinə ziddir. Çünki ibadətin qəbuledilməsi barədə hökmü yalnız Allah verir. İnsanların hansı formada namaz qılması deyil, səmimiyyəti və ixlası önəmlidir.

“Əslən Musa Peyğəmbərlə bir çoban arasında baş verən məşhur rəvayətdə olduğu kimi, Allah bəndəsinin ona necə yaxınlaşdığına deyil, hansı niyyətlə yaxınlaşdığına baxır.

Namazın zahiri formasından çox, onun mənəvi mahiyyəti və niyyətin saflığı önəmlidir. Kimin namazının qəbul olunub-olunmadığını isə yalnız Allah bilir”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri