Icma.az
close
up
RU
Naməlum dron Almaniyada hava limanını iflic etdi

Naməlum dron Almaniyada hava limanını iflic etdi

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın Hannover-Langenhagen hava limanının fəaliyyəti naməlum pilotsuz uçuş aparatının (PUA) aşkarlanması səbəbindən iki saatdan çox müddətə dayandırılıb.

Turkustan.az xəbər verir ki, PUA polisə məxsus aşkarlama sistemlərindən yayınmağı bacarıb. Dronu ilk olaraq yükdaşıma şirkətinin əməkdaşı, daha sonra isə polis patrulları müşahidə ediblər. Hava limanı yerli vaxtla səhər saat 4 radələrində tamamilə bağlanıb.

Bağlanmadan sonra hava limanının şimal uçuş-enmə zolağı yenidən istifadəyə verilib. Lakin bir neçə dəqiqə sonra dron bu dəfə "TUI Fly" aviaşirkətinin binası üzərində, daha sonra isə perronda müşahidə olunub.

PUA sonuncu dəfə saat 04:40-da (Bakı vaxtı ilə saat 06:40 - red.) qeydə alınıb. Hava limanının fəaliyyəti yalnız saat 05:20-də (07:20 - red.) tam bərpa olunub.

Hadisə nəticəsində yük təyyarələrindən biri marşrutunu dəyişməli olub, bir neçə reys isə təxirə salınıb.

Polis hesab edir ki, müşahidə edilən PUA məlum mülki dron modellərindən heç birinə aid deyil və aşkarlama sistemlərindən yayınmaq imkanına malikdir.

Məlumata görə, Almaniya Federal Polisi mövcud antidron avadanlığı ilə hava limanının təhlükəsizliyini təmin edə bilməyib. /bakivaxti.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Avqust 2026 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri