Naməlum obyekt səbəbindən uçuşlar dayandı
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Fransanın “Air France” aviakompaniyası Qırmızı dəniz üzərində görünən işıqlı cismə görə həmin zonada uçuşlarını dayandırıb.
Avtosfer.az “Azərtac” istinadən xəbər verir ki, bu barədə aviakompaniyanın mətbuat xidməti məlumat yayıb.
“Air France” ehtiyat tədbiri çərçivəsində Qırmızı dəniz üzərində uçuşlarını növbəti bildirişədək dayandırmaq qərarına gəlib”, - deyə aviakompaniyanın sosial media hesabında yayımlanan bəyanatında bildirilir.
“Bu qərar ekipajın Sudan üzərində yüksək hündürlükdə işıq saçan obyektin uçduğunu gördükdən sonra verilib”, - deyə mətbuat xidməti əlavə edib.
Bu səbəbdən “Air France” bəzi reyslərin marşrutlarını dəyişdirib, artıq uçuşda olan təyyarələri isə qalxdıqları hava limanlarına qaytarıb.
Qeyd edək ki, “Air France” oktyabrın 1-də İranın İsrailə raket hücumu zamanı hava məkanını müvəqqəti bağlayan İraq üzərindən uçuş həyata keçirilməsi ilə bağlı daxili təhqiqata başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 05 Noyabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















