Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub.
Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur.
Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəzi hallarda musiqi və meyxana gecə saat 2-yə qədər davam edir.
Məsələ ilə bağlı Baku TV-nin çəkiliş qrupu sözügedən restorana yollanaraq məsələyə münasibət öyrənib.
Həmin vaxt sözügedən obyektdə olan meyxanaçı Namiq Məna saat 23:00-dan sonra musiqinin səsinin azaldıldığını deyib.
O, ətrafdakı yaşayış evlərinə səsin yayılması ilə bağlı iradları da nəzərə alacaqlarını bildirib:
"İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Sentyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















