Icma.az
close
up
RU
Nankor dövlətin ordusunda döyüşməyə dəyərmi?

Nankor dövlətin ordusunda döyüşməyə dəyərmi?

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bir neçə ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsində başqa millətlər kimi azərbaycanlılar da birbaşa və dolayısı ilə hər iki tərəfdən iştirak edirlər. Onların sırasında xeyli sayda həlak olanlar, yaralananlar və əlil olanlar var.
Ukrayna hökuməti öz ordusunda döyüşən xalqların nümayəndələrinə heç bir fərq qoymadan öz vətəndaşları kimi ən yüksək maddi və mənəvi borcunu, insani ehtiramını göstərir.
Ukrayna Ordusunda döyüşən azərbaycanlıların böyük əksəriyyəti bu dövlətin hərbi mükafatları ilə təltif olunublar, şəhid olanların xatirəsi əbədiləşdirilib. Ukrayna səfirliyinin təşəbbüsü ilə Bakıda onların xatirə lövhəsi ucaldılıb.
Ruslara əsir düşməmək üçün özünü qumbara ilə partladan İlqar Bağırov adlı zabit Ukrayna dövləti tərəfindən ölümündən sonra “İgidlik” ordeni ilə təltif olunub.
Azərbaycan əsilli baş leytenant Kirill Ağasıyev “Ukrayna Qəhrəmanı” mükafatına, Raqif Əliyev və Məcid Əbdülqafarov isə “Şücaətə görə” medallarına layiq görülüblər. İkinci Qarabağ Müharibəsi qazisi, snayper Elnur Həsənov Mariupol mühasirəsində həlak olub və əziz ukraynalıların qürur mənbəyi hesab edilir. Belə müqayisıələrin sayını xeyli uzatmaq olar.
Ancaq Rusiya tərəfindən isə bunun tamamilə əksini görə bilərik.
Yüzlərlə azərbaycanlı Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşlərdə iştirak edib, onların böyük əksəriyyəti hərbi mükəlləfiyyətinə görə, müharibəyə cəlb olunub, yüzlərlə azərbaycanlı isə məcburi döyüşlərə aparılıb.
Məlumatlara görə, Ukraynada Rusiya ordusunun tərkibində təxminən 150 azərbaycanlı öldürülüb, 70 nəfər itkin düşüb və 100-ə yaxın soydaşımız yaralanıb. Leytenant Anar Talıbov zabit kimi xidmət edib, Ramil Əliyev və İsmayıl Həsənov rus hərbi kəşfiyyat qruplarında döyüşüb. Elman Şirinov və Vüqar Məhərrəmov ağır döyüş əməliyyatlarında iştirak ediblər, bir neçə dəfə yaralanıblar.
Eləcə də Rusiyada hərbi qospitalda çalışan azərbaycanlı tibb bacıları neçə-neçə rusun ölümü pəncəsindən xilas edərək həyata qaytarıb. Onlarla həmvətənlimiz isə əsirlikdən qaçaraq itkin düşmüş rus əsgələrinə sığınacaq verib.
Bu qədər yaxşlığa, rusa xidmətə baxmayaraq, Rusiya hökuməti onları dəyərlənditmir, medal və fəxri adlarla təltif etmir, əlillərə təzminatlar, sosial dəstəklər vermir. İndiyə qədər biz Kremlin həlak olan azərbaycanlıların ailələrinə başsağlığı verdiyini, sağlamlığını itirənlərə dəyər verdiyini görməmişik. Onların böyük əksəriyyəti Azərbaycanda öz doğma yurdlarında dəfn olunub. Rusiyanın Azərbaycandakı Səfirliyi mənəvi borc bilərək onların heç birnin ailəsinin dərdinə şərik olmayıb.
Bütün bunlar Rusiyanın qeyri-səmimiyyətini, başqa xalqların, o cümlədən azərbaycanlıların taleyinə biganə münasibətinin, döyüşlərdə həlak olmuş qeyri-millətlərin onlar üçün dəyərsiz olması təsəvvürünü formalaşdırır.
Rusiyanın siyasi-hərbi elitası Azərbaycana minnətdarlıq etmək əvəzinə dış qıcayır, təhdid edir, orada çalışan soydaşlarımıza işkəgəncələr verir.
Azərbaycanlıların yaxşlığının əvəzi budurmu?
Belə bir nankor və qədirbilməz dövlətin ordusunda döyüşməyə dəyərmi?
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Avqust 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri