Icma.az
close
up
RU
Nar bayramına az qaldı… Göyçaydan reportaj

Nar bayramına az qaldı… Göyçaydan reportaj

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göyçay, 5 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçay 16-cı Nar festivalına hazırlaşır. Bayramın və yarmarkanın keçiriləcəyi ərazilərdə artıq son tamamlama işləri görülür, küçələr və prospektlər təmizlənir, şəhər bayram ovqatına bürünür.

Artıq 2006-cı ildən bəri ənənəyə çevrilən bu möhtəşəm tədbir təkcə bölgənin simvolu olan narın bolluğunu deyil, həm də göyçaylıların zəhmətini, kənd təsərrüfatının inkişafını və yerli turizmin dirçəlişini nümayiş etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, builki festival proqramı əvvəlki illərlə müqayisədə daha zəngin olacaq. 8 Noyabr – Zəfər Günü münasibətilə şəhər stadionunda möhtəşəm bayram tədbiri keçiriləcək. Səhər açılış mərasimi, günorta rəsmi hissə, axşam isə konsert proqramı olacaq.

Festival noyabrın 9-da davam edəcək. “Nar şahzadəsi” sakinləri və qonaqları salamlayacaq, ardınca şəhərin mərkəzi meydanında yarmarkalar, sərgilər, təqdimatlar və rəngarəng proqramlar təqdim olunacaq. Festival həmin gün axşam konsert və möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Ziyvər Zeynalova bildirib ki, festival illər ərzində təkcə ölkə daxilində deyil, həm də xaricdə böyük maraq doğurub: “Festivalın keçirilməsində məqsəd yalnız məhsul bolluğunu nümayiş etdirmək deyil. Biz həm də bölgənin mədəni, iqtisadi və turizm potensialını təqdim edir, yerli brendləri tanıdırıq. Əsas məqsəd Göyçay narının şöhrətini daha da artırmaqdır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, builki Nar festivalı əvvəlkilərdən həm məzmun, həm də miqyas baxımından fərqli olacaq: “Tədbir çərçivəsində yalnız konsert və yarmarkalar deyil, müxtəlif sərgilər, ustad dərsləri, kənd təsərrüfatı texnikalarının nümayişi, folklor çıxışları və idman proqramları da keçiriləcək. Uşaqlar və böyüklər üçün əyləncəli oyunlar, əl işləri sərgiləri, nar və nar məhsullarının təqdimatı əsl bayram ruhunu yaşadacaq”.

Tədbirin kütləviliyini və rayona gələn qonaq axınını nəzərə alaraq, təşkilatçılar ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə bir sıra tədbirlər görüblər. Belə ki, Mehdi Hüseynzadə küçəsində yerləşən “Təzə bazar” ərazisində xüsusi nar satış yarmarkası təşkil olunacaq. Burada yerli fermerlərin, ailə təsərrüfatlarının və fərdi istehsalçıların yetişdirdikləri nar və nar məhsulları - təzə nar, nar şirəsi, narşərab, mürəbbə və digər məhsullar təqdim ediləcək.

Bu il festivalda xüsusi pavilyonlar, eləcə də retro avtomobillərin sərgisi təşkil ediləcək.

Göyçay Nar festivalı təkcə yerli sakinlərin deyil, dünyanın müxtəlif ölkələrindən gələn qonaqların da sevimli bayramına çevrilib. Tədbir Azərbaycanın qonaqpərvərliyini, mədəni zənginliyini və milli məhsullarımızın keyfiyyətini dünyaya nümayiş etdirmək üçün fürsət yaradır.

Qeyd edək ki, festivala həm ziyarətçi, həm də iştirakçı qismində qatılmaq tamamilə ödənişsizdir. Həm bayramın keçirildiyi şəhər stadionuna, həm də nar məhsullarının satışa çıxarıldığı yarmarka ərazisinə giriş sərbəstdir. Bu da yerli sakinlərə, eləcə də müxtəlif bölgələrdən gələn qonaqlara bayram ab-havasını birlikdə yaşamaq, Göyçayın ənənəvi nar məhsullarını dadmaq və bölgənin zəngin mədəniyyətini yaxından tanımaq imkanı verir.

Xatırladaq ki, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” 2020-ci il dekabrın 16-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Tramp təsdiqlədi: İranla yeni təmaslar qurulub

29 Sentyabr 2026 01:01see138

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Almaniya üzrə əcnəbi əməkdaşların sayı 25 faizdən çoxdur

29 Sentyabr 2026 01:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri