Icma.az
close
up
RU
Narazılığa səbəb olan kəskin bahalaşma Əhali necə dolansın?

Narazılığa səbəb olan kəskin bahalaşma Əhali necə dolansın?

Icma.az bildirir, Bakupost portalına istinadən.



Azərbaycanda qiymət artımları artıq sürpriz deyil. Hər ay, az qala hər həftə hansısa məhsul və xidmətlərin bahalaşdığının şahidi oluruq. İri şirkətlər istədikləri vaxt istədikləri sahədə tarifləri artırır, xidmət haqlarını yüksəldir, alıcının, istehlakçının, istifadəçinin cibinə girməyin yeni üsullarını tətbiq edirlər. Bir səhər oyanırıq və məlum olur ki, filan məhsulun və ya xidmətin qiyməti artıb. Qiymət artımından öncə nə ictimai müzakirə aparılır, nə iqtisadi əsaslandırma təqdim olunur, nə də izahat verilir. Sadəcə, yeni tariflər elan olunur və həyat davam edir – daha baha, daha ağır.

Ən bahalı internet, üstəgəl 40% artım

Rəqəmsal transformasiya çağında olduğumuzu deyirik. Amma bu transformasiyanın ən vacib infrastruktur elementi olan internet Azərbaycanda MDB məkanında ən baha xidmətlərdən biridir. Bunun üzərinə 2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə 40 faizlik bahalaşma əlavə olundu. Buna qədər 40 Mbit/s sürət üçün qiymət 18 manat idi. Nazirliyin qərarı ilə minimal 100 Mb/s internetin qiyməti 25 manata qaldırıldı. Ekspertlər hesab edirlər ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yer qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir.

Beləliklə, heç bir əsas, sosial müdafiə tədbiri, güzəşt olmadan qiymət qaldırıldı, amma əksər istifadəçilər ödədikləri 25 manat müqabilində 100 Mb/s internet ala bilmədiklərindən şikayətçidirlər.

Mobil operatorlar – cibimizdəki avtomatlaşdırılmış xərclər

"Azərcell" kimi mobil operator son iki ildə iki dəfə qiymət artımına gedib. Belə ki, 19 fevral 2024-cü ildə şirət bəzi xidmət və tariflər (Buraxılmış zəng, Azercellim tarifi, günlük və aylıq internet paketləri) üzrə dəyişikliklər tətbiq etdi.

Bu artımlar çərçivəsində fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Buraxılmış zəng” xidmətinə ƏDV daxil 0,20 AZN aylıq abunə haqqı tətbiq ediləcək.

Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Azercellim” tarif paketində isə ölkədaxili zəngin 1 dəqiqəsi üçün 0,06 AZN tətbiq edildi.

Həmçinin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid abunəçilərə "daha həcmli aylıq və günlük internet paketləri" adı altında daha bahalı xidmət təklif olundu.

Bu günlərdə isə “Azercell” son iki ayda aylıq minimum xərc tələbini 2 manata qaldırdı. Gələn aydan etibarən bu rəqəm 30 manata qədər yüksələcək.

Narazılıq, sosial şəbəkələrdə etirazlara baxmayaraq, mobil operatorlar qiymət artımı siyasətini davam etdirirlər. İctimai rəy heç nəyi dəyişə bilmir.

ƏDV-nin vergi fəndinə çevrilməsi

Vergi Xidməti uzun müddət “ƏDV geri al” layihəsi ilə vətəndaşda sistemə inam yaratmışdı. Amma bu il tətbiq edilən yeni qaydalarla, ƏDV yalnız alıcının adına kəsilən çek üçün qaytarılır. Bu isə ticarət mərkəzlərində, apteklərdə, restoranlarda real ƏDV qaytarmanın qarşısını alır.

Ərzaq qiymətlərini monopoliyalar müəyyən edir

Azərbaycanda ərzaq qiymətlərində bahalaşmanı iqtisadi əsaslarla izah etmək mümkün deyil. İdxalçı və topdansatış şirkətlər bazara nəyi hansı qiymətə bazara çıxarmağı buraxmaq istədiklərinə qərar verirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə bu ilin ilk 5 ayında ərzaq məhsullarında 20 faizədək bahalaşma baş verib. Əslində isə bazardakı real artım daha yüksəkdir.

Təkcə son bir ildə kərə yağının qiymətində fantastik artım qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata yüksələrək 2,3% artım göstərib. Xaricdən gələn yağlarda isə bu artım daha da yüksəkdir, qiymətlər 1 kq üçün 23-34 manat arasında dəyişir: “President” yağı (1 kq, 82%) 34, Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28.55, Almaniya istehsalı olan “Gerda” (1 kq) isə 27.50, “Best Cow” yağı (1 kq) - 23.19, “Westgold” (1 kq) - 23.90, Zellandiyanın “Colden Crown” yağı (1 kq) - 22.90 manata...

Ən böyük çatışmazlıq: ictimai nəzarət və şəffaf müzakirələrin yoxluğu...

Məsələ təkcə qiymət və tariflərin artmasında deyil. Əsas problem, bu artımların ictimai nəzarət və şəffaf müzakirələrdən kənarda baş verməsidir.

Qiymət artımı bir sosial-iqtisadi proses kimi hər zaman mümkündür, amma vacib olan budur: qərarlar ədalətli, əsaslandırılmış və cavabdehlik çərçivəsində həyata keçirilməlidir.


Aysel,
BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyun 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri