Icma.az
close
up
RU
Narduqan yoxsa Milad?

Narduqan yoxsa Milad?

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Tarix boyu kənd təsərrüfatı və maldarlıqla məşğul olan ibtidai cəmiyyətlər üçün isti mövsümlər xüsusi əhəmiyyətə malik olmuşdur. Soyuq qış və quraqlıq aylarından sonra yazın gəlişi, günəşin doğuşu, havanın istiləşməsi böyük sevinclə qarşılanırdı. Təbiətin canlanması, oyanış xüsusi mərasimlərlə qeyd olunurdu.

Fəsillərin dəyişməsi ilə bağlı müxtəlif bayramların meydana gəlməsi də elə bununla əlaqədardır. Köçəri həyat tərzi sürən türk xalqları üçün isti havaların əhəmiyyətini təsəvvür etmək çətin deyil. Türk xalqlarının folklorunda təbiət hadisələri ilə bağlı keçirilən ayinlərin və bayramların çoxluğu da məhz bu amillərlə bağlıdır. Qədim Türk toplumlarında mövsüm dəyişilmələri ilə bağlı qeyd olunan bayramlardan biri də Narduqan bayramıdır. Ad nar + tuğan sözlərinin birləşməsindən meydana gəlmişdir. “Nar”  günəş,  “toğan” (toğmak) isə Divani lüğət-it türk kitabında da qeyd olunduğu kimi yüksəlmək, doğmaq mənasını ifadə edir. Adın izahından da göründüyü üzrə, dekabr ayının 21-dən sonra qeyd olunan bu bayram yeni ilin başlanğıcı və günəşin doğuşuna həsr olunmuşdur. Bildiyimiz kimi 21 dekabr qış gün dönümüdür və bu gündən etibarən gecələr qısalıb, gündüzlər uzanmağa başlayır. Günəşin müqəddəs hesab olunduğu mifoloji dünyagörüşünün daşıyıcısı olan qədim türk xalqları həmin hadisəni təbiətə qarşı böyük həssaslıqla müşahidə etmiş və onu bayram kimi qeyd etmişlər. Günəş kultuna söykənən bu bayram, günəşin ayla uzun sürən mübarizəsi və sonda qalib gəlməsi münasibəti ilə keçirilən şənliyin nəticəsidir. Bəzi mənbələrdə Narduqan bayramının keçirildiyi gün 22 dekabr, bəzilərində 24 dekabr, bir neçə mənbədə isə 25 dekabr olaraq qeyd olunsa da bütün tədqiqatçıların ortaq məxrəcə gəldiyi məqam bundan ibarətdir ki, bayram 2 həftə ərzində davam edir. Məsələn, “Folklor və Dövlətçilik düşüncəsi” kitabında göstərilir ki, Volqaboyu türklərdə Narduqan dekabrın 24-də qeyd olunmuşdur. Başqa bir mənbədə isə bayramın 25 dekabrdan  5 yanvaradək qeyd olunduğu yazılmışdır. Çox güman ki, qədim türklər dekabrın 21-dən sonra müşahidə etmişlər və ayın ilk dəfə bədirləndiyi gün bu bayramı qeyd etməyə başlamışlar və şənlik 2 həftə ərzində davam etmişdir. Hazırda Milad bayramı ilə əlaqələndirilən şam ağacının bəzədilməsi, altına hədiyyələr qoyulması və şaxtababa kimi atributlar da Narduqana aid rituallar hesab olunur. Yeni ildə keçirilən mərasimlərin və şam ağacı ənənəsinin Orta Asiya mənşəli olduğu faktı şumeroloq Muazzez İlmiye Çığın apardığı araşdırmalar nəticəsində üzə çıxarılmış yeni bir məlumatdır. Alim tədqiqatlarında bugünkü Milad bayramının qədim türklərin Narduqan bayramı ilə əlaqəli olduğunu qeyd edir. Narduqan bayramının Hun yürüşləri ilə birlikdə Avropaya daşındığını hesab edir. Xristianlıqla birlikdə isə bu mərasimlər İsanın doğumu ilə əlaqələndirilib, Milad kimi qeyd olunmağa başlanmışdır. Alimin fikrincə, “xristian adətləri” kimi təqdim edilən Milad və ona dair ritualların kökü Orta Asiyadan çıxmış və Xristianlıqla heç bir əlaqəsi yoxdur. 

Qədim türklərin mifoloji dünyagörüşündə həyat ağacının yeri və əhəmiyyəti bir çoxumuza məlumdur. Heç də təsadüfi deyil ki, onların təsəvvürlərindəki dünyanın düz mərkəzində yerləşən həyat ağacı şam ağacı ilə eyniləşdirilmişdir. Bu da şamın həmişəyaşıl bitki olması ilə bağlıdır. Buna görə də onlar Narduqan bayramını qeyd edərkən yaşayış yerlərinə ən yaxın məsafədə yerləşən, ən uca şam ağacını heyvan tüklərindən hazırlanmış “oyuncaq”larla bəzəyirmişlər. Şam ağacının ətrafına toplanmış hər kəs bir arzu, dilək tutar və bunun üçün qadınların əvvəlcədən heyvan tükündən hazırladığı lentləri ağacın əlçatan budaqlarına bağlayarmışlar. Bu ənənənin izlərini müqəddəs hesab olunan kimsələrin qəbirlərinin yanındakı hər hansı ağaca arzu tutub parça, yaylıq bağlamaq adətində görə bilərik. Eyni zamanda, onlar hündür şam ağacının göyü tutduğuna, saxladığına, onun insanların üstünə düşməyinin qarşısını aldığına inanır və göy tanrı ilə əlaqə vasitəsi olaraq qiymətləndirirmişlər. Bu inancın göstəricisi kimi “bəzədilmiş” şam ağacının altına göy tanrı üçün hədiyyələr, ərməğanlar qoyulurmuş. Diqqət etsək, Türk mədəniyyətinə aid xalçalarda da həyat – şam ağacının stilizə edilmiş ornament formasına rast gəlmək mümkündür. Miladın başqa bir atributu sayılan şaxtababa isə əslində, türk mifologiyasında Soyuq xan, yaxud Ayaz ata adlandırılan obraz hesab olunur. O, soyuq havalarda meydana çıxıb kasıb adamlara kömək edən müqəddəs surətdir. İnanca görə Ay Allahı onu türkləri soyuq havalara qarşı qorumağa göndərmişdir.

Ayaz ata Türk mifologiyasında soyuqla mübarizə, bərəkət və qışın simvolu hesab olunur. Ayaz ata ilə bağlı fikirlər Ankara Universiteti Türk Dili və Ədəbiyyatı şöbəsinin müəllimi, professor Dr. Nurullah Çetin daxil olmaqla bir çox tədqiqatçıların araşdırmalarında təsdiqini tapmışdır. Bayramın keçirilmə tarixi daha qədimə dayansa da onun haqqında ilk məlumatlara Göytürklərin Orxon-Yenisey abidələrində rast gəlinmişdir. Uyğur türklərinə aid hekayələrdən də Narduqan bayramına aid ritualların izlərini tapmaq mümkündür.

Narduqan bayramı yaxınlaşdıqca evlərini və ətraf əraziləri təmizləyən türklər həmin gün ən gözəl paltarlarını geyinərək bəzədilmiş şam ağacının altına toplaşıb şənlik keçirir, musiqi alətlərinin olmadığı dövrlərdə ocaq qapağı, tava və s. məişət alətlərindən istifadə edərək daha sonrakı dövrlərdə isə qarmon ifasında rəqs edirmişlər. Eyni zamanda, müxtəlif yeməklərin hazırlanması, ayı, keçi və b. şəkillərə düşüb tanınmaz olmaq üçün kürklər, kürkdən tikilmiş başlıqlar geyinib ev-ev gəzib girdikləri evlərdə çalıb oynamaq, üzük falı, qulaq falı, yuxu falı, qaşıq falı, toyuqla fal və s. Narduqanın əyləncə məqsədli adətlərindəndir. Hazırda tatarlar, başqırdlar, qazaxlar, çuvaşlar və qismən başqa türk toplumları tərəfindən Narduqan folklor örnəyi, milli-mədəni bayram kimi yaşadılır. 2010-cu ildən isə mədəni irsi yaşatmaq məqsədi ilə hər il Türkiyənin Bodrum bölgəsinin Gündoğan və Kumbahçe ərazilərində dekabr ayının 21-22-də şənlik ab-havasında Narduqan festivalı keçirilir. Bütün bunlar zaman keçdikcə unudulmağa üz tutmuş, Narduqanın yenidən xatırlanması, yaşadılması baxımından əhəmiyyətli addımlardır.

Bütün Türk dünyasını astanasında dayandığımız Narduqan Bayramı münasibəti ilə təbrik edirik!

Rüzgar Camal
AMEA Naxçıvan bölməsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see2160

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see293

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see272

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see249

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see243

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see242

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see241

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see232

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see231

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see228

Rafael Fiziyev nakautla qazandı, Nazim Sadıxov məğlub oldu UFC Fight Night turniri

27 İyun 2026 23:26see225

Meksika Ekvador: DÇ 2026 da daha bir 1/16 final cütü

28 İyun 2026 04:15see223

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see222

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

28 İyun 2026 17:41see218

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see200

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see186

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see184

Boçorişvili: Orta Dəhliz yeni bir geoiqtisadi məkandır

28 İyun 2026 22:43see177

Argentina möhtəşəm qolla hesabı açdı Yenilənir

28 İyun 2026 06:23see166

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri