Icma.az
close
up
RU
“Milad atəşkəsi” olacaqmı?

“Milad atəşkəsi” olacaqmı?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orbanın irəli sürdüyü Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh planı beynəlxalq səviyyədə geniş müzakirələrə yol açıb. Özünəməxsus siyasi gedişləri ilə fərqlənən Orbanın sülh çağırışına belə həssas yanaşma təsadüfi deyil. Rusiya-Ukrayna müharibəsi uzandıqca onun dünya üçün fəsadları daha ağır olur. Buna görə də başlanğıcda “Rusiyanı uzun sürən yorucu müharibə ilə məğlub etmək” planları quran Avropada da hazırda aktiv döyüşlərin getməsinə münasibət birmənalı deyil. Belə görünür ki, uzanan müharibə Qərbin özü üçün də yorucu olub. Buna görə də müharibənin mümkün qədər tez bir zamanda bitməsi ilə bağlı siyasi çevrələrdə səsləndirilən fikirlər böyük həssaslıqla qarşılanır.

İlk addım sülh planı deyil, atəşkəsdir

Orbanın sülh təkilfi ilə dünya gündəminin mərkəzinə gəlməsi onun Trampla görüşündən dərhal sonra Putinə telefon açması fonunda baş verib. Məlum olduğu kimi, Tramp hələ seçkiqabağı təşviqat kampaniyası dönəmində prezident seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini qısa müddətdə bitirəcəyinə dair vədlər verib. Bu vəddən sonra dünya Ağ Evin yeni sahibini xilaskar kimi qəbul edir. Hərçənd, müharibənin bu günə olan nəticələri, Moskvanın və Kiyevin yanaşmaları arasındakı kəskin ziddiyyət fonunda “müharibənin tezliklə bitəcəyi” vədinə böyük şübhələr var.

Orban indiki gərgin fazada da sülhün qlobal Şərq və qlobal Qərb üçün daha vacib olduğu qənaətindən çıxış edir. Baş nazirin mövqeyi Avropa İttifaqının və Bayden administrasiyasının yanaşmasından kəskin şəkildə fərqlənir. Onun müharibənin sonuclanması ilə bağlı mərhələli həll planı var və bunu hələ xeyli müddət  əvvəl bəyan edib. Macarıstanın Baş naziri hesab edir ki, Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı üzrə razılaşma deyil, atəşkəs olmalıdır. Orbanın qənaətinə görə, hər iki tərəf üçün məqbul olan və qəbul edilən sülh planını gözləsək, heç vaxt sülh olmayacaq. Viktor Orbanın fikrincə, Ukrayna böhranı bütün dünyanın, o cümlədən Avropanın hər iki tərəfi sülhə doğru irəliləməyə sövq edəcəyi beynəlxalq kontekstə ehtiyac duyur. “Bu beynəlxalq kontekst olmadan hər iki tərəfi inandırmaq çox çətin olacaq. Ona görə də sülh ideyasını dəstəkləyən dostlara ehtiyac var”, - deyə Macarıstan lideri vurğulayıb.

Seçkilərdə qələbə qazanan və “müharibəni tezliklə bitirəcəm” vədi verən Tramp məhz belə bir “dost” qismində qəbul olunur. Qeyd edək ki, Orban Trampın rəğbət bəslədiyi siyasətçilər sırasında yer alır. Seçkilərdən sonra Orban Trampla görüşmək fürsəti qazanan azsaylı siyasətçilərdəndir. Görüş Floridada Mar-a-Laqo malikanəsində baş tutub. Dəvət təklifi Trampdan gəlib. Görüşdə həmçinin Amerikanın yeni administrasiyasına qoşulmağa namizəd İlon Mask, Trampın milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsinə təyin edilmiş namizəd Mayk Uots və Macarıstanın xarici işlər naziri Peter Siyarto da iştirak ediblər. Görüşün detalları və Moskvaya hansı mesajların çatdırlacağı barədə məlumatlar verilməsə də, əsas müzakirə mövzusunun Rusiya-Ukrayna müharibəsinə dair sülh planı olduğu şübhəsizdir.

Trampın bəlli mövzuda Orbanla məhdud çərçivədə müzakirələr aparması da təsadüfi deyil. Burada Macarıstanın Baş nazirinin Rusiya lideri V.Putinlə də münasibətlərinin yüksək səviyyədə olması önə çəkilir. Təsadüfi deyil ki, Trampla görüşdən sonra Orban Putinə telefon açıb və Şimal-Şərqi Hərbi Dairə zonasında “Milad atəşi” elan etmək təklifini səsləndirib. O qənaət hasil olur ki, Tramp artıq “müharibəni tezliklə bitirəcəm” planını işə salıb. Yeri gəlmişkən, ABŞ-ın yeni seçilmiş prezidenti son açıqlamalarının birində Rusiya-Ukrayna müharibəsinə son qoymağa nail olmaq üçün Rusiya lideri  Putinlə əlaqə saxlamaq niyyətində olduğunu bildirib. “Prezident Putinlə danışacağıq və Prezident Zelenski, Ukrayna nümayəndələri ilə danışacağıq”, -  deyə Tramp bildirib. O vurğulayıb ki, Moskva ilə Kiyev arasında münaqişəni dayandırmaq lazımdır.

Vaşinqton, Moskva və Kiyevin gecikməyən münasibəti

Trampın komandası Orbanın irəli sürdüyü “münaqişənin həlli üçün Ukraynada atəşkəsin olması” təklifini nəzərdən keçirməyə hazırdır. Bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts “CBS” telekanalında bildirib.

Ondan Orbanın Ukraynada atəşkəs və Milad bayramları zamanı Rusiya ilə əsirlərin mübadiləsi ilə bağlı daha əvvəl elan edilmiş təşəbbüsünü şərh etməsi istənilib. “Hərbi əməliyyatları dayandırmaq lazımdır. Əgər ilk addım kimi hansısa atəşkəs təklif edilərsə, o zaman bunun nə demək olduğunu diqqətlə öyrənəcəyik”, - deyə Mayk Uolts bildirib.

Orbanın Putinlə dekabrın 11-də baş tutan telefon söbətində səsləndirdiyi “Milad atəşkəsi” planı Moskva tərəfindən də təqdir edilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Moskva Orbanın təşəbbüsünə dərhal reaksiya verib və iki lider arasındakı söhbətdən dərhal sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Macarıstanın Moskvadakı səfirliyinə məhbusların mübadiləsi ilə bağlı təkliflər təqdim edib.

Müharibə tərəfi olan Kiyev isə Budapeştin təşəbbüsünü müsbət qarşılamayıb. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski Orbanla atəşkəs danışıqlarını müzakirə etmək istəməyib. Macarıstanın xarici işlər naziri Peter Siyarto isə deyib ki, V.Orban tərəflər arasında atəşkəsi müzakirə etmək üçün V.Zelenski ilə danışmaq istəyib, amma rədd cavabı alıb.

Belə olan halda sual yaranır: Tramp müharibəni tezliklə bitirməyə necə nail olacaq? Əlbəttə, ABŞ-ın Ukraynanın əsas dəstəkçisi qismində çıxış etdiyini nəzərə almaq lazımdır. Nəzəri və praktiki cəhətdən Vaşinqtonun müharibənin gedişinə təsir imkanları var. Sualın cavabı olaraq bildirək ki, Kiyevin mövcud reallıqlarla sülhə məcbur edilməsi ehtimalları kifayət qədər yüksəkdir.

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2024 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see281

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see237

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see219

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see216

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see215

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see213

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see212

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see210

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see208

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see207

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see205

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see204

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see204

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see201

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see199

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see196

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see196

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see191

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see180

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri