Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Azərbaycan heç kəsə güzəştə getməyəcək”

Qulamhüseyn Əlibəyli: “Azərbaycan heç kəsə güzəştə getməyəcək”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri müntəzəm xarakter daşıyır. 

Bu səfərlərdə əhali ilə görüşlər zamanı həm Ermənistana, həm beynəlxalq ictimaiyyətə ünvanlanan, həm Azərbaycan – Ermənistan münasibətlərinə dair, həm də bütövlükdə regionumuzun yeni geosiyasi və təhlükəsizlik arxitekturasıının qurulması üçün mühüm əhəmiyyətli mesajlar verilir". 

Bunu “Cebheinfo.az”-a açıqlamasında sabiq millət vəkili, BDU-nun Konstitusiya hüququ kafedrasının baş müəllimi Qulamhüseyn Əlibəyli deyib. O bildirib ki, Prezidentin son səfəri zamanı Zəngilandan dünyaya verdiyi mesajlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, regional əməkdaşlıq, sülh təşəbbüsləri və regionun gələcək inkişaf strategiyası ilə bağlı əsas istiqamətləri özündə əks etdirir: 

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mesajların əsas mahiyyəti bundan ibarətdir ki, Azərbaycan işğal olunmuş torpaqlarını özü azad etmiş, bütün ərazisi üzərində tam suverenliyini bərpa etmişdir. 

Başqa sözlə, Azərbaycan artıq işğal faktını öz gücünə aradan qaldırıb, beynəlxalq hüququn norma və prinsiplərini özü təmin edib, hazırda isə dinc bərpa və quruçuluq işlərini və böyük qayıdışı həyata keçirir". 

Qulamhüseyn Əlibəyli qeyd edib ki, bu mesaj son nəticədə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına açıq siyasi xəbərdarlıq xarakteri daşıyır: 

"Azərbaycan öz milli təhlükəsizliyini, ərazilərini və sərhədlərini müstəqil şəkildə qorumaq əzmindədir və gələcəkdə hər hansı revanşizmə, torpaqlarımızın yenidən işğalına imkan verməyəcək Dəfələrlə səsləndirilən bu fikrin Ermənistan ilə sərhəddə yerləşən Zəngilanda yenidən təkrarlanması həm də belə bir rəmzi məna daşıyır ki, bölgədə artıq yeni geosiyasi reallıqlar, güc balansı formalaşıb və Ermənistanın hazırkı hakimiyyəti bunu qəbul etdiyi kimi, Rusiyadakı havadarlarının köməyi ilə seçkilər ərəfəsi fəallaşan revanşist ermənilər də bu reallığı qəbul etməlidirlər". 

Sabiq millət vəkili əlavə edib ki, Prezidentin Zəngilandan verdiyi mühüm mesajlar həm də regionda sülh prosesi ilə əlaqədardır: 

"Həmin mesajların mahiyyəti bundan ibarətdir ki, qalib Azərbaycan regionda uzunmüddətli sülhün, Ermənistanla əməkdaşlığa, kommunikasiyaların açılmasını və Ermənistanın regional layihələrdə iştirak etməsinin tərəfdarıdır. 

Bu baxımdan, “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizi xüsusilə əhəmiyyətlidir. Regionda nəqliyyat-kommunikasiya xətlərinin tam açılması, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsi həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə Cənubi Qafqaz üçün əlverişli geoiqtisadi inkişaf imkanları yaradar. 

Yəni Ermənistanın qarşıdurma siyasətindən imtina edərək əməkdaşlıq yolunu seçməsi ilə regionda geosiyasi və iqtisadi sabitlik və rifah təmin oluna bilər".

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Zəngilandan verilən mühüm mesajlar həm də regionda yeni güc balansının artıq formalaşması ilə əlaqədardır: 

"Mesajların mahiyyəti bundan ibarətdir ki, Azərbaycan artıq Cənubi Qafqazda əsas siyasi və iqtisadi aktorlardan birinə çevrilib. Heç bir regional məsələ Azərbaycanın razılığı və iştirakı olmadan həll edilə bilməz. Bu isə öz növbəsində Ermənistan üçün yeni geosiyasi şəraitin, reallığın formalaşması deməkdir və Ermənistan gələcək siyasətini bu reallıqlara uyğun qurmalıdır. 

Əks halda, regiondakı layihələrdən və iqtisadi imkanlardan kənarda qala bilər". O qeyd edib ki, ümumilikdə Zəngilandan verilən mesajların çoxşaxəli geosiyasi mənaları var: 

"Bu mesajlarda Azərbaycanın qələbəsi, ərazi bütövlüyünün bərpası və regional yeni geosiyasi reallıqlar ön plana çıxarılmaqla yanaşı, Ermənistan üçün həm xəbərdarlıq, həm də əməkdaşlıq çağırışları yer alır. 

Bu mesajlar bir daha göstərdi ki, Azərbaycan regionda sülh, təhlükəsizlik, inkişaf və rifah istəyir, lakin öz milli maraqları, təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü məsələlərində heç kəsə güzəştə getmək niyyətində deyil". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri