Icma.az
close
up
RU
“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib

“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi ekoloji layihələrinə xüsusi yer ayırıb.

Mia.az-ın məlumatına görə, jurnal önəmli tədbir olan COP29-un iştirakçıları arasında geniş yayılmaqla layihələrin məqsəd və mesajlarını daha geniş auditoriyaya çatdırmış olub.

Təqdim edilən məqalədə bildirilir ki, 2024-cü ildə Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa doğru mühüm addım ataraq 63 yeni çoxtemperaturlu yük maşınını istifadəyə verib.

Bu nəqliyyat vasitələri müxtəlif temperatur rejimlərində məhsulları bir səfərdə daşıyaraq səyahət məsafəsini qısaldır və nəticədə ildə 3,5 milyon kiloqram karbon emissiyasını azaltmağa imkan verir.

“Nargis” jurnalı “Araz” supermarketlər şəbəkəsinin yaşıl iqtisadiyyata dəstək layihələrindən də ətraflı bəhs edib. Bunlar “Ekoçantadan istifadənin təşviqi”, “Tullantıları ekoçantaya dəyiş”, “Tullantıları tingə dəyiş”, “Batareyaları təhvil ver, təbiəti qoru”, “Araz”ın təbiətsevərləri “Təmiz ölkəm” aksiyasında, “Sahibsiz heyvanlara qayğı” və “Transformasiya layihəsi” kimi ekoloji və sosial layihələrdir.

Məqalədə bildirilir ki, 2024-cü ildə ETSN və "Araz" supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağaclarının əkilməsi məqsədilə ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Təmiz ölkəm" marafonuna qatılan əməkdaşlar, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Novxanı sahilindən 1 tondan çox tullantı toplayaraq insanları ətraf mühitə məsuliyyətlə yanaşmağa çağırıb.

Sözügedən məqalədə Veysəloğlu Şirkətlər Qrupunun Elektron Sənəd Dövriyyəsi (ESD) transformasiya layihəsi ilə kağız və katric istifadəsinə 50%-dən çox qənaət edilməsinə nail olduğu da xüsusi vurğulanır.

Bütün bunlarla yanaşı Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa yönəlmiş fəaliyyətlərini genişləndirərək “Nargis” jurnalı ilə birgə “Zero Waste Project by Nargis – 2024” (Sıfır Tullantı - 2024) layihəsi çərçivəsində baş sponsor kimi əhəmiyyətli bir addım da atıb. Bu əməkdaşlıq çərçivəsində "Veysəloğlu" tullantıların azaldılması və ekoloji maarifləndirmə tədbirlərinə dəstək göstərərək, Bakı şəhərinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan silsilə iməcilik aksiyalarında fəal iştirak edib. Toplanan tullantıların təkrar emalı həyata keçirilib və bu tullantılardan eko-mebellər hazırlanıb. Hazırlanan bu innovativ eko-mebellər COP29 tədbiri çərçivəsində "Yaşıl Zona"da nümayiş etdirilib. Bu, həm davamlı iqtisadiyyata töhfə, həm də ictimaiyyətə ekoloji təcrübələrin praktik əhəmiyyətini nümayiş etdirmək baxımından önəmlidir.

30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri olaraq “Yaşıl İqtisadiyyat”a dəstək göstərir. Şirkətlər Qrupu, davamlı inkişafa sadiq qalaraq, ekoloji məsuliyyət və resursların effektiv idarə olunması sahəsində nümunəvi fəaliyyətini genişləndirməyə davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri