“Nar”ın dəstəyi ilə da beynəlxalq işarət dili bölməsi yaradıldı
Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sərfəli mobil operator “Nar”ın təşəbbüsü ilə həyata keçirilən “Jestdili.az” layihəsinin yeni versiyası istifadəyə verilib. Platformanın dizaynı və strukturu yenilənib, istifadəçi rahatlığını artıran yeni funksiyalar əlavə olunub, həmçinin beynəlxalq işarət dili üzrə yeni bölmə yaradılıb.
Yeni bölmədə beynəlxalq işarət dilində 100 söz və əlifba üzrə video materiallar təqdim olunur. İstifadəçilərin sözləri daha asan və sürətli tanıması üçün “kateqoriyalar” bölməsinə video önizləmə funksiyası əlavə edilib. Beləliklə, istifadəçi sözü açmadan müvafiq jesti qısa video vasitəsilə nəzərdən keçirə bilir.
Yeni sözlərlə yanaşı, platformada mövcud olan söz və ifadələr mütəmadi olaraq nəzərdən keçirilir, onların video materialları daha təkmil formada hazırlanaraq yenilənir. Video izahların hazırlanması üçün layihəyə yeni aktyorlar cəlb edilir, platformanın daha əlçatan olması üçün mütəmadi yeniləmələr həyata keçirilir.
Qeyd edək ki, “Jestdili.az” 2022-ci ildə “NETTY” milli internet mükafatına (I yer) və 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (IPRA) “Golden World Awards” mükafatına (I yer) layiq görülərək “Nar”ın inklüzivlik və korporativ sosial məsuliyyət sahəsində ən uğurlu təşəbbüslərindən biri kimi tanınıb.
“Nar”ın həyata keçirdiyi sosial layihələr barədə ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
DOĞRU.AZ
Baxış sayı:107
Bu xəbər 07 Sentyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















