Icma.az
close
up
RU
Naringi haqda bilmədiklərimiz...

Naringi haqda bilmədiklərimiz...

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Bugün sizə cəmiyyətimizdə adətən Yeni il ilə assosiasiya olan çox dadlı və xoş ətirli xeyirli meyvə haqda danışacayıq.

İlk olaraq bu meyvənin növləri haqda  1178- ci ildə Çin əlyazmalarında rast gəlinir. Avropada isə bu meyvə xeyli  gec, XVIII əsrin ortalarına təsadüf edir. Bu qədər dadlı olan bu məhsulun həmçinin çox xeyirli xüsusiyyətləri vardır.

Naringi və C vitamini.

Digər sitrus meyvələri kimi naringi də C vitamini ilə çox zəngindir. C vitamini də bildiyimizə görə sinir sisteminə müsbət təsir göstərir, dəmirin yaxşı mənimsənilməsinə imkan yaradır, soyuqdəymə xəstəlikləri zamanı mübarizə aparmasında  kömək edərək, insan orqanizminə çox yaxşı təsir götərir. Bundan əlavə o, antioksidantlarla çox zəngin olub,orqanizmin qocalma prosesini gecikdirir.

Siqaret çəkənlər üçün naringi.

Tərkibində C vitamininin miqdarının çox olması, onu xüsusilə siqaret çəkən insanlar üçün çox xeyirli sayılır. Belə ki, C vitamini toksik maddələrin təsirini azaldır və həmçinin orqanizmin oksigen aclığına olan müqavimətini artırır.

Uşaqlar üçün çox xeyirlidir.

C vitaminindən əlavə, naringi həmçinin D və K vitaminləri ilə zəngindir. Tərkibində olan D vitamininin çoxluğu onu uşaqlar üçün daha da xeyirlui edir, belə ki  onları raxit xəstəliyindən qoruyur.

Naringi damarların elastikliyinə müsbət təsir göstərir.

Məhz tərkibində olan K vitamini bu funksiyada köməkçi olur.

Naringinin tərkibində A və B vitamini.

Naringi B qrup vitaminləri ilə zəngin olaraq, xüsusilə B1, B2 və A provitamini vurğulanılır. Bildiyimizə görə isə B qrup vitamini - həzm sisteminə müsbət təsir göstərir, ürək və sinir sisteminin işini normallaşdırır və həmçinin insanın əqli bacarığını artırır.

Tərkinidə olan B2 vitamini görmə qabiliyyətini yaxşılaşdırır, dırnaq, dəri və saçları qoruyur. Bu səbəbdən sağlam və gözəl olmaq istəyirsinizsə gündə 2-3 ədəd naringi yeyin.

Vitaminlərdən əlavə bu meyvə kalsiy, maqniy və kaliy kimi xeyirli maddələrlə zənginidir.

Lakin unutmaq lazım deyil ki, bu meyvə digər sitrus meyvələri kimi güclü allergen sayılır.  Bu səbəbdən allergiyası olan insanlar ehtiyyatlı olmalıdırlar.

Meyvənin qabığı da həmçinin çox xeyirli sayılıb, xalq təbabətində aktiv istifadə olunur. Belə ki, onun tərkibi efir yağları, orqanik turşular, A və C vitaminləri ilə zəngin sayılır. Naringinin qabığı - diareya, bronxit zamanı , sinir sisteminə olan müsbət təsiri, stress və depressiya zamanı göztərdiyi köməyə görə xalq təbabətində tez-tez istifadə olunur.

Bəs hansı hallarda naringi sizə ziyanlı təsir edə bilər?

Naringi - mədə və onikibarmaq bağırsaq yarası, yüksək turşulu qastrit zamanı, bağırsağın iltihab xəstəlikləri, həmçinin hepatit və nefrit zamanı  qadağan edilir.

Bu meyvəni yeməklə siz, həm  gözəl dad və ətiri ilə həzz alacaqsınız, həmçinin orqanizminizin möhkəmləndirilməsi və tonusda saxlanılmasına səbəb olacaqsınız.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri