Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“P. Diddy” kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Nəşr yazır ki, Allenvud həbsxanasında təxminən min nəfər məhkum saxlanılır ki, bu da reperin əvvəlki (4 min nəfərlik) həbsxanası ilə müqayisədə xeyli azdır. Köçürülmə Kombsun keçən şənbə günü təcili xəstəxanaya yerləşdirilməsindən sonra baş verib.
Federal Həbsxanalar Bürosu “P. Diddy”nin xəstəxanaya aparılması və həbsxanadan köçürülməsinin rəsmi səbəbini açıqlamasa da, TMZ mənbələrə istinadən qeyd edib ki, reper həbsxanada “Dudus” kimi tanınan yamaykalı narkobaron Kristofer Kouk ilə dava zamanı başından xəsarət alıb.
Bununla yanaşı, Nyu-Cersidəki həbsxanada olduğu müddətdə Kombs dəfələrlə daxili intizam qaydalarını pozub. Bu səbəbdən o, yaxşı davranışa görə vaxtından əvvəl azadlığa çıxmaq üçün istifadə edə biləcəyi 41 günü itirib.
Xatırladaq ki, keçən ilin oktyabr ayının əvvəlində məhkəmə reperi 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Münsiflər heyəti onu fahişəliyə cəlb etmək məqsədilə insan alveri üzrə iki epizodda təqsirli bilsə də, reketlik və cinsi istismar məqsədilə zorla köçürmə ittihamları üzrə bəraət verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 16 Oktyabr 2026 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















