Narkokuryer 5 kq narkotiklə tutulub
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Bakıda narkokuryerlikdə edən şəxs 5 kq narkotiklə tutulub.
Bu barədə Daxili İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700 qram marixuana aşkarlanıb.
O.Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Bakıda narkokuryer 51 kq narkotiklə tutuldu ANBAAN VİDEO
26 Fevral 2026 12:47
Bakıda məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi ANBAAN VİDEO
25 Mart 2025 20:00
Narkokuryer tutuldu
11 Sentyabr 2025 09:02
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
07 Aprel 2026 11:40
Bakıda narkokuryer 13 kilo narkotiklə tutuldu: İranlıdan alıbmış VİDEO
02 Dekabr 2025 16:55
Baxış sayı:111
Bu xəbər 16 Yanvar 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















