Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
Icma.az bildirir, Mia.az portalına istinadən.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər.
Mia.az xəbər verir ki, rayon ərazisində keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucov saxlanılıblar.
Onlardan ümumilikdə 70 kiloqram 875 qram tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 07 Aprel 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















