Narkoloji Mərkəzdə maarifləndirici tədbir keçirilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində QHT rəhbərləri və nümayəndələri üçün məlumatlandırıcı görüş təşkil edilib.
İşçi Qrupundan XQ-yə verilən məlumata görə, görüşdə narkotik asılılığından müalicə və reabilitasiya prosesinin mərhələləri, diaqnostika, detoksikasiya, psixoterapiya və sosial adaptasiya mexanizmləri barədə geniş məlumat verilib. Həmçinin iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və praktiki nüanslar izah edilib.
Tədbirin məqsədi qeyri-hökumət təşkilatlarının nümayəndələrinin maarifləndirmə potensialını artırmaq, asılılıqdan müalicə və reabilitasiya prosesinin düzgün izahı üçün zəruri bilikləri onlara çatdırmaq, eyni zamanda, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığı gücləndirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 01 Oktyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















