Icma.az
close
up
RU
Narkoloji testlər və profilaktik nəzarət yollarda insan həyatının təminatıdır

Narkoloji testlər və profilaktik nəzarət yollarda insan həyatının təminatıdır

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunması ağır nəticəli yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Bu hallar həm spirtli içkinin, həm də narkotik və psixotrop maddələrin təsiri altında baş verir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aparılmış təhlillərə əsasən bu ilin 9 ayı ərzində sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə baş verən 6 qəzada 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Ötən ilin eyni dövründə sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə isə 17 qəzada 8 nəfər ölüb, 12 nəfər xəsarət alıb. 

Hadisələrdə ölüm və xəsarətlərin azalma təsnifatına görə diqqət çəkən məqam ondan ibarətdir ki, il ərzində DYP əməkdaşları tərəfindən respublika ərazisində sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 9 407 fakt aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 621 fakt çoxdur. Bu statistika 9 407 potensial təhlükənin, ölüm və xəsarətin qabaqlayıcı tədbiridir ki, həmin sərxoş sürücülər hərəkətdən kənarlaşdırılıb. Faktlar göstərir ki, profilaktik nəzarətin gücləndirilməsi, DYP əməkdaşlarının xidmət rejiminin artırılması və narkoloji testlərin tətbiqi qanun pozuntularının vaxtında müəyyən edilməsində mühüm rol oynayıb.

Davranışlarında şübhə doğuran sürücülərdə aparılan narkoloji və tibbi müayinələr onların vəziyyətinin operativ qiymətləndirilməsinə və potensial təhlükələrin qarşısının alınmasına yönəlib.Yollarda hadisələr təkcə ölümlə yekunlaşmır, sürücülərin, sərnişinlərin və piyadaların xəsarət almaları, sağlamlıqlarını və əmək qabiliyyətlərini itirmələri faktları ömürlük məhrumiyyətlərə, yatağa düçar olmalarına səbəb olur. Bu il 905 yol-nəqliyyat hadisəsində xəsarət alan 757 nəfərdən 147-si ömürlük sağlamlığını itirib. Onlar artıq heç vaxt əvvəlki kimi danışa, hərəkət edə bilməyəcəklər. Bu insanların böyük əksəriyyəti ailə başçısıdır, gənclərdir. Bu ağırlığın dərəcəsini hər kəs anlamalı, yollarda qaydalara əməl etməlidir ki, insan həyatı, sağlamlığı puç olmasın və başqalarının həyatı məhv olmasın.

Bu hadisələrin baş verməməsi üçün narkoloji testlər, təşkil olunan profilaktik reydlər, gücləndirilmiş xidmət rejimi və radar sistemləri ictimai təhlükəsizliyin ön xəttidir. Bu tədbirlər nəticəsində təkcə inzibati pozuntular aşkarlanmır, həm də yüzlərlə faciənin qarşısı alınır. Əgər 10 ayda sərxoş vəziyyətdə sükan arxasında 9 407 sürücü müəyyən edilərək aşkarlanıbsa, bu təkcə inzibati qayda pozuntusu deyil, digər insanların həyatı üçün real təhlükə göstəricisidir.

Sürücülər sükan arxasında yalnız tam ayıq vəziyyətdə olmalı, yol hərəkəti qaydalarına əməl etməli, özlərinin və başqalarının təhlükəsizliyini təmin etməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri