Icma.az
close
up
RU
Narkomanların 90 faizi potensial narkotacirdir

Narkomanların 90 faizi potensial narkotacirdir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Emil Maqalov: "Bu bəla ilə mübarizədə müalicə müəssisələrinin keyfiyyəti problemlidir"



Millət vəkili Fazil Mustafa parlamentin iclasında bir məsələyə toxunub. Deputat bildirib ki, həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil, onlar müalicə almalıdır. Həmçinin, qeyd edib ki, narkotik satışını həyata keçirən şəbəkəni çökdürmək üçün bütün vətəndaşlar prosesə qoşulmalıdır: 

"Məktəblərin ətraflarında ola biləcək satış mexanizmlərini mütləq aşkara çıxarıb, onları məsuliyyətə cəlb etmək son dərəcə vacibdir. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bu, xüsusilə qonşu ölkədən yönəldilən şəbəkə vasitəsilə həyata keçirilir. Bu günlərdə Yasamalda belə bir hadisə baş verdi ki, insanlar kameralar vasitəsilə narkotik satışını həyata keçirən müəyyən bir şəbəkənin ifşa olunmasına köməklik etdilər. Bu, çox önəmli bir addımdır. Çünki vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanın narkotik faciəsindən qurtarmaq çox çətin olacaq". Deputat qeyd edib ki, bu, təkcə polisin, xüsusi xidmət orqanlarının işi deyil: "Vətəndaş dəstəyinə ehtiyac var. Lazımi yerlərdə kameralar quraşdırılmalıdır". 


Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya ilə mübarizə üzrə tanınmış ekspert Emil Maqalov "Şərq"ə açıqlamasında millət vəkilinin təklifini dəstəkləyib. Ekspert vurğulayıb ki, o da efirlərdə dəfələrlə bu məsələni gündəmə gətirib:


 "Qanunvericilikdə "şəxsi istehlak miqdarı" məsələsi var. Nəzərə alaq ki, on il bundan qabaqki narkotiklə indiki narkotik keyfiyyət baxımından eyni deyil. Qanunvericilikdə "şəxsi istehlak miqdarı" hər bir narkotik vasitə üzrə müxtəlif ölçülərdə nəzərdə tutulub. Məsələn, heroin 0.15 qram, qurudulmuş marixuana 5 qram nəzərdə tutulur. Qeyd edilmiş miqdarlara qədər narkotik vasitələrdən istifadə olunması müəyyən olunarsa, inzibati həbs verilir. Yox, əgər həmin miqdardan yuxarı hədlər aşkar olunarsa, bu zaman Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açıla bilər. "Şəxsi istehlak miqdarı"na yenidən baxılmalı, bugünkü "qara bazara" görə tənzimlənməlidir. Əgər bundan sonra "şəxsi istehlak miqdarı"ndan yuxarı həddə narkotik qəbul edilərsə, həmin şəxs həbs olunmalıdır. Bununla bağlı qanunda boşluqlar var. Məsələn, 1 qram, 100 qram, yaxud 1 kq. narkotik istifadəsinə görə həbs müddəti eynidir. Həm bu məsələyə, həm də narkotikin ağır və yüngül olması məsələsinə baxılmalıdır". 

Ekspert diqqətə çatdırıb ki, bu gün 90 faiz narkomanlar potensial "bariqa"dır, yəni narkotacirdir, satıcıdır: "Niyə? Çünki narkoman hardansa, hansısa yolla pul tapırsa, bir günə ən azından bir "çet", yəni 1 qramın 5-8, ya da 10-da bir hissəsini istifadə edir. Əlinə çox pul düşdükdə öz şəxsi istifadəsi üçün daha çox narkotik əldə etməyə çalışır. 1 qram alıbsa, yarım qramını səhər, qalan hissəsini də axşam vurur. Bu halda o narkoman "şəxsi istehlak miqdarı"nı keçdiyinə görə həbs olunmalıdır. Halbuki, 1 qramı özü üçün, yəni birgünlük dozası üçün almışdı. Onlar müalicəyə göndərilməlidir. Problem odur ki, müalicə müəssisələrində kifayət qədər yer yoxdur. Digər məsələ odur ki, müalicə müəssisələrində 10 dəfə müalicədən keçmiş, yenidən ora qayıtmış adamlar var. Yəni müalicə müəssisələrində keyfiyyətli müalicə yoxdur. Bunlar reabilitasiya olunmalıdır. Mövcud qanunvericiliyə görə isə onlar ya 400 manat cərimə olunmalı, ya 2 ayadək həbs edilməli, yaxud müalicəyə göndərilməlidir. Təkrar edirəm, müalicə müəssisələrində də nə yer, nə də keyfiyyətli müalicə var. Bu da mənasızdır".


E.Maqalov onu da əlavə edib ki, hüquq-mühafizə orqanlarının, dövlət-sərhəd xidmətinin, müvafiq qurumların səyi nəticəsində narkotik satışı əvvəlki dövrlərdəki kimi deyil: 

"Əvvəl bir şəhərdə 50 nəfər satırdısa, bu gün satıcı 5 nəfərdir. Çox azalıb, narkotiki tapmaq da mürəkkəbləşib. Ona görə də məktəbdə, yaxud hansısa başqa yerdə narkotik satışı əvvəlki kimi yüzdə on yox, yüzdə bir ola bilər". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri