Icma.az
close
up
RU
Narkotik istifadəsinə qarşı seminar treninqlər davam edir FOTOLAR

Narkotik istifadəsinə qarşı seminar treninqlər davam edir FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsini həyata keçirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırılır.

"Cebheinfo.az" xəbər verir ki, dörd ay (01.06.2025 – 30.09.2025) müddətində icra olunan layihə Bakı şəhərinin Yasamal, Nəsimi, Səbail, Nərimanov, Binəqədi rayonlarında, eləcə də Abşeron rayonunun Mehdiabad, Saray və Xırdalan qəsəbələrində təşkil olunur. Layihənin əsas məqsədi yeniyetmə və gənclərin maarifləndirilməsi yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşəbbüs yaratmaqdır. Tədbirlər maarifləndirici müzakirələr və kiçik qruplarda iş formasında keçirilir.

Növbəti tədbir 23 sentyabr 2025-ci ildə Yasamal rayonunda yerləşən “Nanə” restoranında baş tutub. Tədbirdə 16 nəfər iştirak edib.

Tədbiri təşkilatın sədri Səltənət Qocamanlı açaraq belə bir imkan yaratdıqları üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. O, narkomaniyanın cəmiyyət üçün ağır bir bəla olduğunu vurğulayıb.

Daha sonra söz layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırova verilib. O, narkomaniya ilə bağlı əsas anlayışları, asılılığın yaranma səbəblərini, narkotiklərin törətdiyi fəsadları, iynə vasitəsilə yayılan xəstəlikləri, mübarizə yollarını və müalicə prosesini iştirakçılara izah edib, onların suallarını cavablandırıb. Seminar zamanı iştirakçılar 4 qrupa bölünüb, hər qrupa 3 sual təqdim olunub. Daha sonra qruplar təqdimatlarla çıxış ediblər. Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub. Görüşün foto və video çəkilişi də aparılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see228

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see187

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see144

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see136

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see130

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see124

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see123

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri