Icma.az
close
up
RU
Narkotikdən Siyasətə: Bəşər Əsədin imperiyası

Narkotikdən Siyasətə: Bəşər Əsədin imperiyası

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Suriya dünyada "kaptaqon"un əsas tədarükçüsü kimi qəbul edilir. Polis və beynəlxalq qüvvələr tərəfindən keçirilən əməliyyatlarda Suriyadakı müxtəlif anbarlardan böyük miqdarda "kaptaqon" tabletləri və istehsalda istifadə olunan maddələr müsadirə edilib. İddialara görə, "kaptaqon" istehsalı və qaçaqmalçılığı, müharibənin çökdürdüyü Suriya iqtisadiyyatını ayaqda saxlamaq üçün istifadə edilən əsas mənbələrdən biri idi.

"Kaptaqon" ticarəti milyardlarla dollar həcmində bir iqtisadiyyat yaradıb. Hətta ölkənin narkotik istehsalından əldə etdiyi gəlir, dövlət büdcəsinin iki qatına yaxın bir iqtisadi dəyər yaradır. İddialara görə, bu ticarətdə müxtəlif silahlı qruplar və hətta Suriya rejiminə yaxın olan şəxslər də iştirak edirdi. Bəşər Əsədin qardaşı Mahir Əsəd bu ticarətə nəzarət edən əsas şəxslərdən biri kimi göstərilir. Bəzi məlumatlara görə, Mahir Əsədin rəhbərlik etdiyi 4-cü diviziya, "kaptaqon"un istehsalı və qaçaqmalçılığı ilə məşğul idi. Rejimin digər əsas fiqurlarından biri kimi Samir Kamal və Sad adlı şəxslər idi. 

Bəşər Əsəd rejimi  "kaptaqon"u bəzi ölkələrə qarşı siyasi alət kimi də istifadə edib. Bunun bir nümunəsi kimi, Suriyanın Ərəb Dövlətləri Liqasına 12 ildən sonra yenidən qəbul edilməsi göstərilir..

Son illərdə Orta Şərqdə yayılan  və yoxsul kokain adlandırılan "kaptaqon", xüsusilə Körfəz ölkələrindəki gənclər arasında geniş yayılıb. 

"Kaptaqon" amfetamin tərkibli, stimulyator (oyandırıcı) olaraq təsnif edilən bir narkotik maddədir. Keçmişdə diqqət əskikliyi, hiperaktivlik pozuntusu (DEHB) və depressiya kimi xəstəliklərin müalicəsi üçün Almaniyada istehsal olunub və Avropada da satılıb. Ancaq 1980-ci illərdə Dünya Səhiyyə Təşkilatı tərəfindən bu maddənin təhlükəli təsirlərinə görə istifadəsi qadağan olunub. Bununla belə, bu maddə Suriya və Livan kimi ölkələrdə qeyri-qanuni olaraq istehsal edilir. Əlavə olaraq, yüksək texnologiya tələb etməyən istehsal üsulları ilə "kaptaqon", Suriya vətəndaş müharibəsi fonunda bir "kaptaqon imperatorluğu" yaratmağa səbəb olub.

"Kaptaqon"un təsir dairəsi yalnız Suriya ilə məhdudlaşmır. Bu maddənin əsas qaçaqmalçılıq marşrutlarından biri, Suriya ilə uzun sərhəd xətti paylaşan İordaniyadır. İordaniya illərdir "kaptaqon" qaçaqçılarına qarşı mübarizə aparır. Türkiyə də bu marşrutun üzərindədir və 2024-cü ilin ilk 10 ayında 10 milyon "kaptaqon" tableti aşkarlanıb. "Kaptaqon" qaçaqmalçılığının əsas mərkəzinin Suriya olduğu üçün, bu maddəyə olan tələbatın azaldılması gözlənilir. Bununla belə, yeni qaçaqmalçılıq mərkəzlərinin yaranması riski də mövcuddur. Ancaq heç bir ölkənin Suriya rejiminin siyasi dəstəyi ilə əldə etdiyi istehsal səviyyəsinə çata biləcəyi ehtimal olunmur.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri